Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RÜSTƏM İBRAHİMBƏYOVU MOSKVAYA ÇAĞIRDILAR
RÜSTƏM İBRAHİMBƏYOVU MOSKVAYA ÇAĞIRDILAR27-11-2012, 09:44 |
"MİLYARDERLƏR İTTİFAQI"NDA MÜZAKİRƏ OLACAQ Son günlər mətbuata verdiyi sensasion açıqlamaları, geniş müsahibələri ilə hakimiyyətin özünə qarşı olan qəzəbini daha da artıran, ictimai diqqət mərkəzində olan dünya şöhrətli kinorejissor, Ziyalılar Birliyinin İdarə Heyətinin üzvü Rüstəm İbrahimbəyov Azərbaycanı tərk edib. Yaxınlarından aldığımız məlumata görə, kinorejissorun ölkəni tərk etməsi heç də şəxsinə qarşı son hücumlarla bağlı deyil. Belə ki, onun Avropa ölkələrində keçiriləcək bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur. Ancaq R.İbrahimbəyov Avropa səfərindən öncə Moskvaya gedib. Onun Rusiya paytaxtında “Milyarderlər ittifaqı” ilə bağlı müzakirələr aparacağı istisna olunmur. Xatırladaq ki, kinorejissor Azərbaycan mətbuatına müsahibəsində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasova mesaj verərək onu ya səlahiyyətlərini icra etməyə, ya da quruma rəhbərlik edəcək digər şəxsə yol açmaq üçün kənara çəkilməyə çağırmışdı. Güman ki, R.İbrahimbəyov Moskvada A.Abbasov və digərləri ilə bir araya gəlib qurumun fəaliyyətə başlaması məsələsini müzakirə edəcək. \ musavat \ Geri qayıt |