Əsas Səhifə > Güney Press, Araşdırma > İRAN MƏTBUATI YENƏ DƏ QATIQLADI
İRAN MƏTBUATI YENƏ DƏ QATIQLADI27-11-2012, 09:58 |
AZƏRBAYCAN TORPAQLARINI KÜRDLƏRƏ "PEŞKƏŞ" EDİRLƏR Güney Azərbaycanın bir sıra ərazilərinin kürd torpaqları kimi təqdim edilməsi kampaniyasına İranın xəbər agentlikləri də qoşulub. Belə ki, “Fars” xəbər agentliyi Azərbaycanın Xalxal şəhərinin bir çox kəndini kürdlərin yaşadığı ərazi kimi təqdim edib. Məhərrəmlik ayı ilə bağlı keçirilən tədbirlərdən bəhs edən yazıda qədim Azərbaycan torpağı olan Xalxalın ərazisinin böyük əksəriyyəti kürdlərin ana torpaqları kimi göstərilib. Buna etiraz olaraq Güney Azərbaycanyönlü saytlar etiraz səslərini ucaldıblar. Alpər Oğuz - AzNews.az Geri qayıt |