Əsas Səhifə > Dünya > BUŞƏHRDƏ DƏHŞƏTLİ FƏLAKƏT
BUŞƏHRDƏ DƏHŞƏTLİ FƏLAKƏT27-11-2012, 10:05 |
SEL 4 NƏFƏRİN CANINI ALDI İranın Buşəhr əyalətinin Borazcan və Dəştistan şəhərlərində güclü yağış nəticəsində yaranan seldə 4 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir məlumat verir. Məlumata əsasən, güclü yağış və sel Dəştistan və Borazcan şəhərlərində elektrik enerjisinin, rabitənin kəsilməsinə səbəb olub. 4-5 saat davam edən güclü yağış nəticəsində Borazcan - Buşəhr magistral yolunun yaxınlığındakı dağda sürüşmə baş verib və tunel bağlanıb. İranın Hidrometeorologiya Təşkilatının Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Əbdürriza Ümidvar Şəhri ötən gün İSNA agentliyinə müsahibəsində bildirmişdi ki, ölkənin 6 əyalətində güclü yağış və sel baş verəcəyi proqnozlaşdırılır. Şəhri demiçdi ki, cümə axşamına kimi Yəzd, Kirman, Xorasan Rəzəvi, Xorasan Cənubi, Mazandaran və Gilan əyalətlərində güclü yağış yağacaq, sel və daşqınlar olacağı istisna edilmir. Həmçinin İranın bir çox şəhərlərinə qar yağır. İsfahanda qar məktəblərin bağlanmasına səbəb olub. Geri qayıt |