Əsas Səhifə > Güney Press, Araşdırma > OĞUZUN İCRA BAŞÇISI MEŞƏLƏRƏ QƏNİM KƏSİLİB

OĞUZUN İCRA BAŞÇISI MEŞƏLƏRƏ QƏNİM KƏSİLİB


27-11-2012, 10:22
OĞUZUN İCRA BAŞÇISI MEŞƏLƏRƏ QƏNİM KƏSİLİB
RAYON SAKİNİ KİMLƏRDƏN KÖMƏK İSTƏYİR?

Oğuz şəhəri, Heydər Əliyev prospekti, ev 54-də yaşayan F.Z.İbrahimovun dünən redaksiyamıza göndərdiyi şikayət məktubunu həyəcansız oxumaq mümkün deyil. Prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, ekologiya və təbii sərvətlər naziri H.Bağırova, həmçinin surəti ölkənin hüquq mühafizə orqanı rəhbərlərinə ünvanlı şikayətdə təbiətə qəsdin müəlliflərinin ünvanı konkret göstərilir.

Dünən, həmçinin redaksiyamıza zəng edərək əlaqə saxlayan F.İbrahimov şikayət məktubundakı faktlara belə münasibət bildirdi: "Mən rayon camaatının adından yazmışam. Bütün faktlara başımla cavabdehəm. Əgər bu günlərdə Oğuza gəlib yazdığımız faktları yerində görsəniz, dəhşətə gələrsiniz. Bakıya yük maşınları ilə parket daşıtdıran məmurların cəzasını inanıram ki, ölkə prezidenti mütləq verəcək. Ekologiyaya zərbə bəşəriyyətə qarşı cinayətdir. Mən inanıram ki, bu cinayətin başında duranlara, nəhayət, dur deyiləcək…».

Şikayətdən sətirlər: "Hörmətli cənab Prezident! Bir il əvvəl rayona Eyvaz Qurbanov RİH başçısı təyin edildi. O, rayona gələn kimi "meşə mafiyası» yaratdı. O, əvvəlki RİH başçısı Aydın Əlihüsyeynovun vaxtında da meşə korrupsiyasına başçılıq etmiş müavini və yaxın dostu Azad Əliyevi Oğuz meşələrinin qanunsuz olaraq qırılması və içlik material, yeşik taxtası və parket materialı, oduncaq kimi rayondan kənara satılmasını, külli miqdarda pullar əldə olunması işinı ona həvalə etdi. Azad Əliyev isə rayonda meşə korrupsiyası şəbəkəsi yaradaraq hamıya meydan oxuyur. Rayon polis şöbəsinin rəisi Habil Əmiraslanov da bu korrupsiya şəbəkəsinin fəal üzvüdür. Rəislə Azad Əliyevin bu qanunsuz əməllərinə dair aşağıdakı faktları bildirməyi özümə borc bildim…».

Müraciətdə qanunsuz ağac kəsimi sexlərinin Oğuz şəhərində, Rüfət Həsənov adlı şəxsə məxsus Oğuzun keçmiş quşçuluq fermasında, Kərimli kəndində Qüdrət Həsənova, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidova, Xal-Xal, Muxas, Calud və s. kəndlərdə fəaliyyyət göstərən taxta sexlərinin ünvanları və bu sexlərdən material daşıyan yük maşınlarının dövlət nömrəsinə kimi digər faktlar sadalanır, foto-şəkillər təqdim edilir. \ tezadlar \

Geri qayıt