Əsas Səhifə > Siyasət, Manşet > HİCAB QADAĞASI ƏLEYHİNƏ AKSİYA OLACAQ
HİCAB QADAĞASI ƏLEYHİNƏ AKSİYA OLACAQ13-11-2011, 14:24 |
SUMQAYITIN 23 SAYLI MƏKTƏBİNDƏ HİCABLI ŞAGİRDLƏR DƏRSƏ BURAXILMIR DİA.AZ: - Orta məktəblərdə hicab qadağası ölkə miqyasında əhatə olunmağa başlanıb. Artıq Sumqayıt şəhəri də istisna deyil. İranın “arannyus” xəbər portalının məlumatında deyilir ki, məmurlar qeyri-rəsmi şəkildə “heç bir hicab qadağası yoxdur” – desələr də, Sumqayıtda bunun tam əksini görmək olar. Məktəb direktorları konstitusiyaya zidd olan bu kampaniyanı davam etdirir. Sumqayıtın 23 saylı orta məktəbinin direktoru Fikrət müəllim hicab qadağasının icrasında xüsusi fəallıq göstərir. Bu barədə tia.az saytına verilən məlumatda qeyd olunur ki, 23 saylı məktəbdə hicab qadağası tam qüvvədədir və örpəkli şagirdlər dərsə buraxılmır. Maraqlıdır ki, Fikrət müəllim bu qadağada şəxsən müqəssir olmadığını iddia edir və yuxarıdan göstəriş aldığını bildirir. Valideynlər yazırlar ki, bu vəziyyət dözülməzdir və yaxın zamanlarda əsaslı dəyişiklik olmazsa məktəb qarşısında aksiya keçiriləcək. Geri qayıt |