Əsas Səhifə > Hadisə > ERMƏNİLƏR SEPARATÇILARI ÜSTÜMÜZƏ HÜRDÜRÜR

ERMƏNİLƏR SEPARATÇILARI ÜSTÜMÜZƏ HÜRDÜRÜR


13-11-2011, 15:05
ERMƏNİLƏR SEPARATÇILARI ÜSTÜMÜZƏ HÜRDÜRÜR

ƏLİKRAM HÜMBƏTOV DA İRƏVANDA OLUB

12 noyabr tarixində İrəvanda “professor” Qarnik Asatryanın rəhbərliyi altında ABŞ-nın Boston şəhərində nəşr edilən “Iran and the Caucasus (BRILL, Leiden-Boston)” jurnalının təşkilatçılığı ilə ikinci konfrans işinə başlayıb. Tədbirin digər təşkilatçıları Ermənistanda xüsusi xidmətlərin “filialı” sayılan Akademik Əməkdaşlıq və Dəstək Assosiasiyası-ARMACAD təşkilatı, Modus Vivendi Mərkəzi, Qafqaz İranşünaslıq Mərkəzi və digərləridir.

İrəvandan alınan məlumatlara əsasən, tədbirin əsl təşkilatçısı Ermənistan milli təhlükəsizlik xidmətidir (MTX). Konfransda olacaq dinləmələri “nizamlamaq” məqsədi ilə MTX-nin əməkdaşları orda iştirak edəcəklər. Konfransa tam nəzarəti MTX direktoru Qorik Akopyan və bu vaxtadək polis rəisi işləmiş, hazırda Ermənistan prezidentinin müşaviri olan Alik Sərkisyan edirlər.

Xatırladaq ki, Azərbaycanda separatçılıq meyllərini dəstəkləyən rəsmi İrəvan, 2005-ci ilin mayında Tsakhhadzor şəhərində İrəvan Dövlət Universitetinin təşkilatçılığı ilə artıq birinci konfrans keçirib. Konfransda müzakirə ediləcək sənədlər təşkilat komitəsi tərəfindən yayılıb. Belə ki, Ermənistan MTX-nin versiyasına əsasən, talışlar XİX-cu əsrdə rus-fars müharibələri nəticəsində iki yerə bölünmüş xalqdır. Maraqlıdır ki, təşkilatçılar “talış milli məktəblərdə” oxuyacaq məktəblilər üçün “Talış xalqının tarixi və mədəniyyəti üzrə oçerklər”, “Talış nağılları” və “Talış xalqının tarixi” kitablarını nəşr ediblər. Təşkilatçıların yaydıqları məlumata əsasən, “artıq İran talışları ana dillərində çap olunan əsərlərə müsbət qiymət veriblər”. İrəvan Dövlət Universitetində isə talışşünaslıq üzrə magistr proqramı fəaliyyət göstərir. Proqramın məruzəçiləri Q.Asatryan, “müasir talışşünaslıq üzrə ekspert”, Böyük Britaniyadan olan A.Qranmaye, Kanadadan iranəsilli Kave Fərroxdur. Təşkilatçıların vədinə görə, həmçinin Rusiya, İran, Gürcüstan, Niderlanddan da “qonaqlar” gözlənilir. Konfransda özünü “talış milli azadlıq hərəkatı”nın rəhbəri kimi qələmə verən, separatçı fəaliyyətinə görə uzun illər Azərbaycanda həbsdə olmuş Əlikram Hümbətov da iştirak edir. Maraqlıdır ki, Hümbətov konfrans ərəfəsində müraciət qəbul edib. Müraciətdə özünü “polkovnik” adlandıran separatçı, “təəssüflə” bildirib ki, “Azərbaycan hökuməti 2005-ci ildə keçirilən ilk konfransdan dərs götürmədi. ”Biz talışlar milli azadlıq mübarizəmizi davam etdirəcəyik” – deyə o, bildirib.

Xatırladaq ki, hətta ermənilərə məxsus “Regnum” agentliyi konfransın keçirilməsini gülünc qarşılayıb. “Bir nəfər talışın yaşamadığı Ermənistanda talışşünaslıq konfransı keçirilir” deyə agentlik Q.Asatryanla müsahibədə bildirib. Maraqlıdır ki, konfransda iştirak etmək məqsədi ilə təşkilatçılar “kürd, tat, yezid, beluc xalqlarının” nümayəndələrini dəvət ediblər.

Qeyd edək ki, 11 noyabr tarixində Rusiyanın “Rosbalt” agentliyində Azərbaycanın milli azlıqlarının vəziyyətlərini müzakirə etmək adi ilə təşkil olunan tədbirdə Rusiyanın talış diasporu təşkilatının rəhbəri İsmayıl Şabanov, şiə müsəlmanlar dini təşkilatının rəhbəri Famil Cəfərov, federal ləzgi muxtariyyətinin rəhbəri Arif Kərimov və digərləri iştirak ediblər.

musavat.com


Geri qayıt