Əsas Səhifə > Dünya > İRAN SƏFİRLİYİNƏ HÜCUM OLDU
İRAN SƏFİRLİYİNƏ HÜCUM OLDU29-11-2012, 11:27 |
MOLLA REJİMİNİN SƏFİRLİYİ DAŞ-QALAQ EDİLİB Noyabrın 28-i axşam saatlarında Almaniyanın paytaxtı Berlində İran səfirliyinə hücum olub. “Media forum” saytı xəbər verir ki, 30-a yaxın naməlum şəxs səfirliyin ərazisinə soxularaq binanı daşa basıb və İran bayrağını endiriblər. Hücum edənlərdən 10-u tutulub. Onların şəxsiyyəti açıqlanmır. Hadisədən sonra Almaniyanın xarici işlər naziri Gido Vestervelle iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon əlaqəsi saxlayaraq üzrxahlıq edib. O İran səfirliyinin təhlükəsizliyi üçün əllərindən gələni edəcəklərini vurğulayıb. Geri qayıt |