Əsas Səhifə > Siyasət, Manşet > MUXTAR BABAYEVƏ QARŞI KORRUPSİYA İTTİHAMI

MUXTAR BABAYEVƏ QARŞI KORRUPSİYA İTTİHAMI


13-11-2011, 15:26
MUXTAR BABAYEVƏ QARŞI KORRUPSİYA İTTİHAMI

“AZƏRKİMYA”NIN ŞEFİ 10 MİLYON MANATLIQ YEYİNTİDƏ İTTİHAM OLUNUR

DİA.AZ: - Hakimiyyətin antikorrupsiya tədbirlərinin ikinci dalğasına start verilə bilər. Xatırladaq ki, bu barədə hələ öncədən də məlumat vermişdk və bildirmişdik ki, bir neçə hərbi komissarlıq işçisinin həbsi ilə başlayan ikinci dalğa digər dövlət qurumlarına da sirayət edə bilər. Artıq start düyməsi basılıb.

Məlumatlı mənbə bildirir ki, bu dəfə daha sərt cəzalar həyata keçirilə bilər. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın sözlərindən məlum olur ki, öz çıxışında cəza tədbirlərinin bundan sonra da davam edəcəyini xüsusi olaraq prezident İlham Əliyev tərəfindən də vurğulanması bu yöndəki fəaliyyəti daha da intensivləşdirib.

Artıq hərbi komisarlıq sistemində kütləvi məmur həbsləri müşahidə olunur və daha bir neçə dövlət strukturunun total təftişə məruz qalacağı xəbərləri gəlməkdədir. Mənbə qeyd edir ki, sıradakı idarələrdən biri də ARDNŞ «Azərkimya» İstehsalat Birliyidir: «Artıq bu barədə neft şirkətinin rəhbərliyi də məlumatlandırılıb».

Mənbənin sözlərinə görə, Muxtar Babayevin rəhbərlik etdiyi İB-nin adı çox ciddi korrupsiya faktlarında hallandırılmaqdadır: «Kifayət qədər sübutlar toplanıb və konkret addımların atılması nəzərdə tutulub». Mənbə bildirir ki, hərəkətə keçilməsi üçün, cəza tədbirlərinin işə salınması üçün siyasi qərar gözlənilir.

Onu da qeyd edək ki, bu vaxta qədər «Azərkimya»ya rəhbərlik etmiş Fikrət Sadıqov dövlət çevrilişinə cəhdə görə həbs olunmuşdu, ondan sonrakı rəhbər Məcid Kərimov da müəmmalı şəkildə görəvindən uzaqlaşdırılmışdı. Hər iki İB rəhbəri həm də millət vəkili idi.

Muxtar Babayev də Sumqayıtdan millət vəkili seçilib və indi də onun başının üstünü qara buludlar alıb.

Məlumatlı mənbə onun 0 milyon manatlıq gizli yeyintidə adının keçdiyini söyləyir: “Maraqlıdır ki, bu yeyinti faktı “yuxarılardan” gizli baş verib və bir neçə dəfəyə 10 milyon manat həddinə çatıb”.

Geri qayıt