Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISININ YENİ TALAN ÜSULU

İCRA BAŞÇISININ YENİ TALAN ÜSULU


30-11-2012, 10:07
İCRA BAŞÇISININ YENİ TALAN ÜSULU
İŞ ADAMLARI MÜXALİFƏTÇİ ADI İLƏ SOYULUR

Goranboyun icra başçısı Nizaməddin Quliyev nəqliyyat nazirir Ziya Məmmədova arxalanaraq rayonu talan etməkdə davam edir. İcra başçısının sərvət toplamaq eşqi artıq Goranboyda sahibkarlarını da bezdirib. Və onlar Nizaməddin Quliyevin qanunsuz əməllərinə etiraz etməyə hazırlaşırlar. İcra başçısı isə sahibkarları susdurmaq üçün yeni üsula əl atıb.
"AzeriNews.org"a daxil olan məlumatlara görə, icra başçısı onun əməllərinə etiraz edən sahibkarları müxalifətçi adı ilə şantaj edir. Guya onlar müxalifətət, xüsusilə də AXCP və Musavat partayalarına maliyyə yardımı edirlər. Nizaməddin Quliyevin şantajına məruz qalan sahibkarlar bildirirlər ki, bu yolla icra başçısı onları soyğuna məruz qoyub. Nizaməddin Quliyevə hər ay rayonda fəaliyyət göstərən obyektlərindən pay çatmadığı təqdirdə sahibkarlara qarşı bu vasitələrdən istifadə olunur. Əks halda isə sahibkarlara müxalifətçı "damğası" vurularaq obyektlərinin söküləcəyi ilə hədələnir. Hətta icra başçısının nümayəndələri pul verməyən sahibkarlar barədə rayonda söz yayırlar ki, guya onlar müxalifətə maliyyə yardımı edirlər. Halbuki həmin sahibkarların ümumiyyətlə müxalifətlə heç bir əlaqəsi olmayıb.
Represiyaya məruz qalan sahibkarları artıq Nizaməddin Quliyev bu üsulla "yola gətirib". Məlumatlarda həmçinin qeyd edilir ki, icra başçısı bəzən bunları Ziya Məmmədovun sifarişi ilə edir. Yəni, əgər Ziya Məmmədov Goranboyda hansısa obyektə gözü düşübsə, dərhal Nizaməddin Quliyevə müvafiq direktivlərini verir. Nizaməddin Quliyev də Ziya Məmmədovun sifarişlərini yerinə yetirməklə yanaşı öz maraqlarını da təmin edir. Məlumatlarda deyilir ki, sahibkarlar artıq butün bunlardan bezərək dövlət başçısına müraciət etməyi qərara alıblar.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyevin qulluq mövqeyindən sui-istifadə edərək özgə əmlakını mənimsəməsi faktı üzrə cinayət məsuliyyətinə cəlb edilib. Allahverdi Əliyev həmin vəzifədə işləyərkən ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə şöbənin baş mühasibi Ömər Bayramov, məsləhətçi Mehman Hüseynov, rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsinin rəisi Hidayət Süleymanov və qeyriləri ilə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2007-ci ilin noyabrından 2009-cu ilin yanvarınadək olan müddət ərzində 64 nəfər, o cümlədən 51, ümumiyyətlə, mövcud olmayan şəxsə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırıblar.
Saxta sənədlər əsasında pensiya işlərinin açılmasına, plastik ödəmə kartlarının sifarişlərinin verilməsinə, pensiya məbləğlərinin hesablanması və ödənişə göndərilməsinə nail olunub.
Allahverdi Əliyev pensiyaçıların "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində açılmış şəxsi hesablarına köçürülmüş 310 min 663 manat məbləğində vəsaiti M.Behbudov, H.Süleymanov, Ö.Bayramov, M.Hüseynov və A.Əkbərovun vasitəsilə Goranboy rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsində 9 nömrəli əlavə (P2) formalar, müxtəlif banklarda və bankomatlarda plastik kartlar vasitəsilə ayrı-ayrı vaxtlarda nəğdləşdirərək dövlətə külli miqdarda ziyan vurub.
Mövzuya qayıtmağımızın səbəbi bu məsələdə "Kapital Bank"ın adının hallanmasıdır. Məsələ burasındadır ki, Goranboyun indiki icra başçısı Nizaməddin Quliyev vaxtilə "Kapital Bank"ın rəhbərlərindən olub. Və onun dövründə bankda çoxsaylı maxinasiyalar həyata keçirilib. Məlumatlara görə, Allahverdi Əliyev məhz bu səbəbdən milyonları mənimsəmək üçün "Kapital Bank"a üz tutub. Yəni, əslində bu cinayətdə dolayısı ilə Nizaməddin Quliyevin də iştirakçı olduğu bildirilir. Lakin naməlum səbəblərdən icra başçısı məsuliyyətdən yaxa qurtara bilib. Əvəzində Allahverdi Əliyev qurban verilib.
Qeyd edək ki, icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev də elə atasından geri qalmayıb. Bir müddət əvvəl Nizaməddin Quliyevin oğlu Ramal Quiyevi polisin saxladığına dair məlumat yayıldı. Yayılmış məlumatlarda icra başçısının oğlu R.Quliyevin “Kapital Bank”ın Mingəçevir şəhər filialında yol verdiyi maliyyə yeyintisinə görə saxlanıldığı iddia olunurdu.

Geri qayıt