Əsas Səhifə > Güney Press, Araşdırma > SƏLİM MÜSLÜMOVUN AĞSU HƏMLƏSİ
SƏLİM MÜSLÜMOVUN AĞSU HƏMLƏSİ30-11-2012, 10:09 |
RAYONDA "AİLƏ PODRATI" YARADILIB Son zamanlar Ağsuda vətəndaşlarım haqlı narazılığı səngimək bilmir. Elə ötən günlərdə bir qrup rayon sakini rayonda baş verən özbaşnalıqlarla bağlı aksiya keçiriblər. Haqlı narazılıq deyərkən Ənvər Seyidəliyevin rayonda acdığı eyş işrət məclislərindən tutmuş, daş karxanası ilə bağlı olan məsələlərdən hər kəsin xəbəri var. Bunlar haqqında növbəti yazılarımızda geniş məlumat verəcəyik. TİA.AZ xəbər verir ki, Ağsunu bir ailə idarə edirk deyəndə isə bunlar nəzərdə tutulur: -İcra başçısı Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır. -“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev isə Ənvər Seyidəliyevin doğma qardaşıdır. -S.Müslümovun bibisinin əri Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. - Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun başqa qardaşıdır. - Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir. - Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə isə o, rayon polis şöbəsinin rəis müavini işləyir. Qeyd edək ki, bundan əlavə olaraq isə Ənvər Seyidəliyev şəhərin “meri” postuna Nadir Şirinovu təyin etdirib. Nadir Şirinovda illərdən bəri hazırki icra başçısına xəzinadarlıq edir. Elə günün bu vaxtına qədər. Əldə etdiyimiz dəqiq məlumatlara görə bəzi mətbuat orqanlarına rayonda baş verən özbaşnalıqlar haqqında gedən yazılar üçün məhz Nadir Şirinovun “baxım görümündən” sonra göz yumulur. P.S. Ağsuda baş verən dəhşətli korrupsiya faktları ilə bağlı geniş reportajımız yaxın günlərdə oxuculara təqdim olunacaq. - İcra başçısı “jurnalistlə” eşq məcarası yaşayır? - Ənvər Seyidəliyev intihara təşəbbüs göstərib? - Ortadakı gizli görüntülər var? - İcra başçısının oteldə uyğunsuz vəziyyətdə yaxalandığı iddiaları haradan çıxb? Geri qayıt |