Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİR OĞLU "QURDUNU BELƏ ÖLDÜRƏCƏK"

NAZİR OĞLU "QURDUNU BELƏ ÖLDÜRƏCƏK"


30-11-2012, 10:36
NAZİR OĞLU "QURDUNU BELƏ ÖLDÜRƏCƏK"
BÖYÜK MEDİA LAYİHƏ VƏD ETMİŞDİ, AMMA...

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN Holdinqin rəhbəri, iş adamı Anar Məmmədov İnternet televiziyası açır. Bu barədə məlumatlı şəxslər Elitar.info-ya deyiblər. Sızan məlumatlara görə televiziyanın böyük bir layihə olduğu bildirilir.
Hətta AzTV və ATV kanallarından uzaqlaşdırılmış jurnalistlərin də burada cəmləşdiriləcəyi, yəni işə götürüləcəyi söylənilir. Deyilənə görə açılacaq internet televiziyasında işləyən jurnalistlərə yüksək maaş veriləcək. Televiziyada İngilis dilində xəbərlər də veriləcək. Eyni zamanda televiziyanın dəstəyi ilə bir çox xeyriyyə tədbirləri və Qarabağla bağlı təbliğat xarakterli roliklərin də yayımlanacağı bildirilir.
Televiziyanın adı barədə də müzakirələr gedir. Hətta bir neçə adın üzərində müzakirələr aparılır. Məlumatlara görə televiziya yaradılacaq media holdinqin tərkibində olacaq. Buraya xəbər, mədəniyyət və idman portalları da əlavə olunub.
Xatırladaq ki, bir müddət bundan öncə də Anar Məmmədovun sosial şəbəkələrdəki səhifələri alması barədə xəbər yayılmışdı. Yayılan xəbərə görə nazir oğlu 50 mindən çox üzvü olan bir çox Facebook səhifələrini pulla alıb. Bütün bunlar A.Məmmədovun internet vasitəsilə müəyyən imkanlar əldə etmək niyyətinin olmasını deməyə əsas verir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

Geri qayıt