Əsas Səhifə > Partiya > HÖKUMƏT PARTİYALARI EŞİTDİ
HÖKUMƏT PARTİYALARI EŞİTDİ30-11-2012, 12:23 |
PARTİYALARIN MALİYYƏSİ ARTIRILDI Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan xərclər artırıldı. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin cümə günü keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. "2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait 2,5 milyon manat olub. Əvvəlki variantda isə iki milyon manatın ayrılması nəzərdə tutulurdu", - Şərifov qeyd edib. Qeyd edək ki, Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir. Geri qayıt |