Əsas Səhifə > Gündəm, Manşet > ŞAH İSMAYILA GÖRƏ MƏHKƏMƏ DAVASI

ŞAH İSMAYILA GÖRƏ MƏHKƏMƏ DAVASI


14-11-2011, 11:16
ŞAH İSMAYILA GÖRƏ MƏHKƏMƏ DAVASI

ŞAH İSMAYILIN DAVAMÇILARI TÜRK KİNO ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERİR

DİA.AZ: - Azərbaycanda da böyük maraqla izlənən «Qurdlar Vadisi Pusqu» («Kurtlar Vadisi Pusu») serialının son buraxılışı ölkəmizdə böyük rezonansa səbəb olub. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasının (dia-az.life) eletron ünvanına daxil olan reaksiyalardan da aydın olur ki, serialın baş qəhrəmanı Polad Ələmdarın ixtiyarların nümayəndəsi ilə görüşündə Azərbaycan türkünün böyük şəxsiyyəti Şah İsmayıl Xətai barədə söylədikləri fikir heç də birmənalı olaraq qarşılanmayıb.

Xatırladaq ki, həmin seriyada Polad Ələmdar ixtiyarların nümayəndəsinə Sultan Səlimdən danışır və bildirir ki, Osmanlı imperatorları içində tək Sultan Səlimdir ki, xristianlarla savaşmayıb və yalnız müsəlmanlarla döyüşüb. Nəticədə iki böyük türk dövlətini - Misirdəki Məmlüklər xanədanını və Şah İsmayılın Səfəvi dövlətini məhv edib.

Qeyd edək ki, Polad Ələmdarın dili ilə serialn ssenari müəllifləri burada Sultan Səlimi haqlı, həm məmlükləri və həm də Şah İsmayıl Xətaini haqsız bir mövqedə təqdim etməyə çalışıblar.

Bu məsələyə reaksiya verən Bakıdakı Şah İsmayıl Xətai İrsinin Davamçıları Dərnəyi isə bildirir ki, dəfələrlə Türkiyə mətbuatında və türk filmlərində Azərbaycan türkünün böyük oğlu Şah İsmayıl Xətai aşağılanıb:

«Biz Azəbaycana olduğu kimi, Türkiyəyə də böyük sevgi ilə yanaşırıq. Ola bilsin ki, hansısa ortaq tarixi məqamlarımız hər iki qardaş türk xalqı üçün utanc gətirir. Amma biz heç bir zaman bu məsələni qabartmadıq və bu məsələnin ucundan yapışıb Türkiyənin, Türkiyə türkünün üzərinə yerimədik. Amma artıq neçənci dəfədir ki, Şah İsmayıl Xətainin adı türkiyəli rejissor və ssenaristlərin təqdimatında mənfiyə doğru hallanır. Son olaylardan biri də «Möhtəşəm Yüz İl» serialında baş vermişdi».

Bəyanat müəllifləri bildirirlər ki, əgər «PanaFİLM» heyəti bu məsələyə görə, Azərbaycan xalqından üzr istəməzsə, o zaman Şah İsmayıl Xətai İrsinin Davamçıları Dərnəyi hüquqlarını məhkəmədə aramaq zorunda qalacaq: «Bunu biz də arzulamırıq. Amma iş bu səviyyəyə də qalxa bilər».


Geri qayıt