Əsas Səhifə > Şou-biznes > AYGÜN ELTONA "SUS" DEDİ
AYGÜN ELTONA "SUS" DEDİ1-12-2012, 11:27 |
ONLAR SƏSYAZMA STUDİYASINDA ÜZ-ÜZƏ GƏLDİLƏR İsti-isti əldə etdiyimiz məlumata görə, Azərbaycanın pop kraliçası Aygün Kazımova hal-hazırda müğənni Elton Hüseynəliyev ilə səs yazma studiyasındadır. Duet ortaqları hazırda növbəti mahnı üzərində çalışırlar. Mahnı "Sus" adlanır. Janrına görə mahnı lirikadır. Xatırladaq ki, Aygün xanım və Eltonun ilk duetləri ritmik mahnı olub və "Ты любовь моя" adlanıb. Duet rus dilində ifa olunub. Divamızın sabah keçirməli olduğu cərrahi əməliyyatı bazar gününə ertələnib. Dekabr ayında Aygün xanım ümumilikdə iki əməliyyat keçirəcək. Oxumeni.az kollektivi olaraq, A.Kazımovaya uğurlar və dualarımızı diləyirik! Onu da qeyd edək ki, xalq artisti "Dünya layihə"sini reallaşdırmaq ərəfəsindədir. Məhz bu layihədə müğənni adı sirr olaraq saxlanılan Hollivud ulduzu ilə duet ifa edəcək. Lakin bəzi mənbələr bu duet ortağının amerikalı reper Snup Doq olduğunu iddia edir. Müğənni özü isə bu barədə açıqlama verməkdən imtina edir. Geri qayıt |