Əsas Səhifə > Sosial, Manşet > PA ŞEFİNİN YENİ MÜAVİNİNDƏN NARAZILIQ VAR
PA ŞEFİNİN YENİ MÜAVİNİNDƏN NARAZILIQ VAR4-12-2012, 09:47 |
OĞUZUN İCRA BAŞÇISININ MÜAVİNİ SAHİBKARLARA RƏSMƏN QAN UDDURUR DİA.AZ: - “Oğuz rayon icra başcısının müavini Azad Əliyev təkcə meşələrə deyil torpaqlara da qənim kəsilib. O, mülkiyyətçilərin pay torpaq sahələrini zorakılıqla özbaşına əkib-becərir və mənimsəyir”. Bu ifadələr redaksiyamıza şikayət məktubu ilə müraciət edən Oğuz rayonu Kərimli kəndindəki Kənd Təsərrüfatı Məhsulları İstehsal İstehlak kooperativinin sədri Nadir İsmayılovun ərizəsində yer alıb. Narazı vətəndaş bildirir ki, bu vaxta qədər yerli məmurların onun başına açdığı oyunlarla bağlı əlaqədar təşkilatları da məlumatlandırıb: “Bu barədə 16 avqust 2012-ci il tarixində prezident aparatında Regional idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə (hazırkı PA rəhbərinin müavininə -redə) şikayət məktubu vermişəm. 3 ay yarım keçməsinə baxmayaraq, dəfələrlə mətbuat katibinə zəng vurub məktubun cavabını tələb etsəm də, təəssüf ki, hələdə cavab ala bilməmişəm. Prezidentimiz tərəfindən verilmiş layihə ilə bağlı Oğuz rayonu Kərimli kəndində Kənd Təsərrüfatı Məhsulları İstehsal İstehlak Kooperativi yaratmışıq. Ancaq kooperativin fəaliyyətinə Azad Əliyev imkan vermir.Müxtəlif təxribatlarla işimizə müdaxilə edir, hətta kooperativə məxsus səpin altında olan taxıl sahəsinin 4 hektarını bir gecənin içində şumladaraq məhv etmişdir. Əgər Z.Nağdəliyev vaxtında şikayətimizin araşdırılmasını təmin etsəydi, bizim səpilmiş taxıl sahəmiz qəsdən şumlanaraq məhv edilməzdi. Taxıl sahəmizin qəsdən şumlanaraq məhv edilməsi barədə material Xəzər TV-də efirə getsə də, polis sahənin kim tərəfindən məhv edildiyini araşdırma zamanı qəsdən qizlətmyə çalışmışdır. A.Əliyev 14 ildir ki, Oğuz rayon Kərimli kəndində almalıq deyilən yerdə, 674 ailənin mülkiyyətinə verilən 40 hektarlıq sahəni bir neçə nəfərlə əlbir olub mülkiyyətçilərin razılığı olmadan zorakılıqla mənimsəyib. Həmin 40 hektarlıq sahəyə dövlət tərəfindən ayrılan subsidiya pulunu da mənimsəyir. Bundan başqa o hətta xarici ölkə vətəndaşı olan sahibkarlardan da tez-tez pul tələb edir. Vermədikdə isə onları təhdid edir. Bir sözlə, Azad Əliyev özünü təkcə Oğuzda deyil ümumiyyətlə Azərbaycanda qoçu-reket hesab edir və yəqin ki, bu barədə o müəyyən qədər haqlıdır. Çünki, ona dəstək verən qüvvələr olmasaydı o belə qanunsuz hərəkətlər edə bilməzdi. Hələki onun bu hərəkətlərinin qarşısını alan tapılmır”. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |