Əsas Səhifə > Güney Press, Araşdırma > RUSİYA İLHAM RƏHİMLİNİ BAŞ NAZİR GƏTİRMƏK İSTƏYİR
RUSİYA İLHAM RƏHİMLİNİ BAŞ NAZİR GƏTİRMƏK İSTƏYİR4-12-2012, 10:04 |
"MİLYARDERLƏR İTTİFAQI" İLƏ BAĞLI ŞOK İDDİA Son dövrlər gündəmdən düşməyən Rusiyadakı azərbaycanlı iş adamlarının yaratdığı «Milyarderlər İttifaqı» kimi tanınan RATİ məsələsi ilə bağlı yeni iddialar ortaya çıxıb. TİA.AZ-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, həmin plan birbaşa Kremldə hazırlanıb və orada təmsil olunanların hamısı Moskva hakimiyyəti tərəfindən məcburi qaydada bu işə qol qoyublar. Mənbə iddia edir ki, RATİ məsələsinin planı xeyli əvvəldən qurulubmuş. Bunun üçün ilkin tədbirlər də görülüb. Onların özlərini elan etmələri isə ilin son aylarına təsadüf edib. Və bu da düşünülmüş planın tərkib hissəsi olub. Vurğulanır ki, planın əsas məqsədi Azərbaycanda hökumətin başına Rusiyanın yaxın adamının gətirilməsidir. Bir növ Gürcüstanda olduğu kimi, Azərbaycanda da eyni addımların atılması nəzərdə tutulub. Sadəcə, Tiflisdən fərqli olaraq, Bakıda bunu «məxməri» yolla reallaşdırmaq qərarlaşdırılıb. RATİ isə rəsmi Bakıya təzyiq vasitəsi kimi nəzərdə tutulub. Mənbənin iddiasına görə, hədəf Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostu kimi tanınan İlham Rəhimlinin baş nazir postuna gətirilməsidir. Lakin onun adı bu prosesdə hallanmamaq şərti ilə. Və Rəhimlinin müsbət imicinin formalaşdırılması məqsədi ilə bəzi addımlar da atılıb. Əvvəlcə, onun haqqında yüksək fikirlərin formalaşması istiqamətində müəyyən işlər görülüb. Bunun ən pik həddi isə Macarıstan həbsxanasında ömürlük həbs cəzası çəkən zabitimiz Ramil Səfərovun azadlığa buraxılması olub. TİA.AZ-a danışan mənbənin sözlərinə görə, Ramil Səfərovun azad olunmasında İlham Rəhimlinin müstəsna xidmətləri olub. Lakin Budapeşt hakimiyyətinə təsiri isə Rusiya iqtidarı edib. Və aparılan danışıqlardan sonra zabitimiz azadlığa buraxılıb. Mənbə onu da deyib ki, bu prosesdən sonra rəsmi Bakı məsələdən xəbər tutub və işin nə yerdə olduğunu anlayıb. Hətta Səfərov azadlığa çıxdıqdan sonra ona zəng edərək, bu işdə adının hallanmamasını istəyən məmurların da atdığı addımlar səbəbsiz yerə olmayıb. Yəni, onlar vəziyyətin nə yerdə olduğunu bildiklərindən bunu önləməyə çalışıblar. P.S. Məsələ ilə bağlı digər önəmli məlumatlar isə yaxın günlərdə oxucularımıza təqdim olunacaq. Rəsul Quliyevin bu gün İlham Rəhimliyə qarşı cəbhə açmasının gerçək səbəbləri barədə kifayət qədər maraqlı və ilginc ayrıntıları bilmək istəyirsinizsə, bizi izləyin… Geri qayıt |