Əsas Səhifə > Şou-biznes > "O, ŞƏN BİR QADINDIR"...
"O, ŞƏN BİR QADINDIR"...4-12-2012, 10:14 |
"RƏQSİ, ƏYLƏNCƏNİ ÇOX SEVİR" Akademik Milli Dram Teatrının aktrisası Dilarə Nəzərova yeni hazırlanan “Anamın kitabı” tamaşasında rol alıb. Bu haqda aktrisa Milli.Az-a danışıb. “Tamaşanın quruluşcu rejissoru Firudin Məhərrəmovdur. Tamaşadakı rolum böyük qardaş Rüstəmin həyat yoldaşı Zivər xanımdır. Zivər xanım rus tərbiyəsi görmüş, rusca təhsil almış ziyalı bir xanımdır. Cəmiyyəti xeyriyyəni yaradıb, aclara, imkansızlara kömək edir. Bununla bərabər çox şən bir qadındır, rəqsi, əyləncəni çox sevir. Həyat yoldaşının qardaşları biri türkcə, o biri isə farsca danışdığına görə onları anlamır. Məncə, Zivər çox pozitiv bir xanımdır. Tamaşada Zəhrabəyim ana rolunu Səidə Quliyeva ilə İradə Ağasıbəyli, böyük qardaş Rüstəm bəyi Ayşad Məmmədov, ortancıl qardaş Məmmədəlini Kazım Həsənquliyev, kiçik qardaş Səməd bəyi Aslan Şirin, Gülbahar obrazını Şəlalə Şahvələdqızı və Şəhla Əliqızı ifa edirlər. Mən isə aktrisa Sevinc Əliyeva ilə dublyoram. Digər rollarda isə Firuz Xudaverdiyev, Mətləb Abdullayev, Rövşən Kərimduxt, Ramin Şıxəliyev, Elçin Əhmədov, Elnar Qarayev, Mirzə Ağabəyli, Vüsal kimi aktyorları da görə biləcəksiniz”, - deyə aktrisa bildirib. Qeyd edək ki, tamaşanın premyerası dekabr ayının 8-ə nəzərdə tutulub. Geri qayıt |