Əsas Səhifə > Partiya > İSA QƏMBƏR RAFİQ ƏLİYEVDƏN DANIŞDI

İSA QƏMBƏR RAFİQ ƏLİYEVDƏN DANIŞDI


14-11-2011, 11:42
İSA QƏMBƏR RAFİQ ƏLİYEVDƏN DANIŞDI

“BELƏ BİR ADDIM REJİMİN MAHİYYƏTİNİ ORTAYA QOYUR”

“Ziyalılar forumu haqqında yazılar həqiqətə uyğun deyil. Cəmiyyətin ən müxtəlif kəsimləri bu foruma öz münasibətini bildirib, forumun cəmiyyətdə heç bir maraq kəsb etməməsi fikri yanlışdır”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər Ziyalılar Forumuna qarşı tənqidlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ziyalılar Forumu əleyhinə yazılarda ənənəvi yalanlar təkrar olunur: “Mən “Azərbaycan” qəzetindəki yazını nəzərdə keçirdim, burada maraqlı bir məqam var ki, hakimiyyət görkəmli alim Rafiq Əliyevin işdən çıxarılmasını hansısa üsullarla pərdələməyə çalışır”.

Partiya başqanı onu da vurğulayıb ki, Müsavat Partiyası həm Rafiq Əliyevə, həm də Ziyalılar Forumuna qarşı təzyiqləri qətiyyətlə pisləyir: “Biz bəyanatla da buna münasibət bildirmişik. Belə bir addım bu rejimin mahiyyətini ortaya qoyur”.

İsa Qəmbər “İctimai Palatanın Ziyalılar Forumu ilə birgə tədbirinin keçirilməsi gözlənilirmi?” sualına belə cavab verib: “Hazırda konkret birgə tədbirlər bağlı müzakirələr aparılmır. Amma məqsədəuyğun hesab etdiyimiz halda bu baş verə bilər”.


Geri qayıt