Əsas Səhifə > Sosial, Manşet > BAKIDA QOÇULAR PEYDA OLUB

BAKIDA QOÇULAR PEYDA OLUB


14-11-2011, 11:50
BAKIDA QOÇULAR PEYDA OLUB

HƏM QƏZA TÖRƏDİB, HƏM DƏ SÜRÜCÜ İLƏ SƏRNİŞİNİ DÖYÜB

DİA.AZ: - 5 Noyabr 2011-ci ildə axşam saat 22:30 radələrində İsmət Qayıbov küçəsi, köhnə şəhər bağ adlanan yerə yaxın avtomobil yolunda ağ rəngli “Hyundai Sonata” markalı maşın ilə göy rəngli “Az 61 BD 735” dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəzazədələrin “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verdiyi məlumata görə günah “Hyundai Sonata”nın sahibində olub. VAZ 2107 avtomobilinin sürücüsü Bağırov Sahib Əlsahib oğlu bildirir ki, biz Hyundai Sonata ilə İsmət Qayıbov küçəsində avtomobil yolu ilə arxa-arxaya gedərkən Hyudai sol döngə işıqlarını yandıraraq dönüb və məndə avtomobilimin önü boşaldığı üçün qabağa keçərkən Hyundai Sonata yenə əksinə çıxdığı istiqamətdə qayıdaraq bizim avtomobili vurdu və biz yoldan kənara çıxaraq ağaca dəydik. Buna baxmayaraq Hyundai yenidən arxadan gələrək bizim avtomobili vurdu və bizi zərbənin təsiri ilə avotombildən kənara tulladı.

BAKIDA QOÇULAR PEYDA OLUB

VAZ 2107 avtomobilinin sürücüsü Bağırov Sahib Əlsahib oğlu və yanındakı yoldaşı Heydərov Anar Əlabbas oğlu yaralı halda asvaltda yatarkən Hyudai Sonatanın sahibi olan Tahir avtomobilindən düşərək bunlar üzərinə cumub və başlayıb Bağırov Sahib Əlsahib oğlunu yerdə döyməyə. Bağırov Sahib Əlsahib oğlu bildirir ki, mən ayağa qalxıb yaralı halda qaçmaq istərkən yenə haldan düşüb yerə yıxılırdım və Hyundai Sonatanın sahibi Tahir yenidən mənə çatıb və məni vururdu. Bilmirdik Hyundai Sonatanın bizi əzməsinə ağrınaq yoxsa sürücüsü Tahirin bizi döyməsinə ağrınaq. Bizi döydükdən sonra Hyundai sonatanın sahibi olan Tahir əlinə çəkic götürərək bizim avtomobilimizə cumdu və başladı avtomobilidə vurmağa. Hazırda avtomobilimizdə nə sağlam şüşə nə də işıq qalmayıb. Nəticə etibarı ilə Hyundai sonata ilə sahibi Tahir həm mən və dostumu ağır şəkildə yaraladı, həm də avotomobilimizi bərbad hala saldı. Son anda yoldan keçən bir taksini ətrafdakı birindən xahiş edərək saxlatdırdıq və xəstəxanaya gəldik. Hyundai Sonatanın dövlət nömrə nişanını dəqiq xatırlamırıq amma nömrəsinin sonu 832 –dir.

Biz 7-gündür xəstaxanada yaralı halda yatmağımıza baxmayaraq, nə müqəssirlərdən heç bir xəbər yoxdur, nə də bu haqda cinayət işinin başlanması haqda xəbər yoxdur. Bizim xəstaxanada olduğumuzun 3-cü günü müstəntiq Vüsal Məmmədov bizim çağrışımızdan sonra gələrək bizdən izahat alıb.

BAKIDA QOÇULAR PEYDA OLUB

Prezidentimiz Cənab İlham Əliyevdən və lazımlı orqanlardan sual edirik: Nə üçün bu qanunsuzluğa yol verilir? Nə üçün bu cinayətə göz yumulur? Xahiş edirik bu özbaşınalıqla maraqlanasınız.

Hazırda da VAZ 2107 avtomobilinin sürücüsü Bağırov Sahib Əlsahib oğlu və yanındakı yoldaşı Heydərov Anar Əlabbas oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində 7 gündür yaralı halda yatırlar. VAZ 2107 avtomobilinin sürücüsü B.Sahibin sinəsi çartlayıb və yanındakı yoldaşının isə sağ qolu sınıb.


Geri qayıt