Əsas Səhifə > Sosial, Manşet > FHN ŞEFİNƏ QARŞI KAMPANİYA FİASKOYA UĞRAYIB
FHN ŞEFİNƏ QARŞI KAMPANİYA FİASKOYA UĞRAYIB5-12-2012, 11:51 |
PA ŞEFİ KƏMALƏDDİN HEYDƏROVU «VURMAQDA» HANSI MARACI GÜDÜR? DİA.AZ: - Qarşıdan prezident seçkiləri gəlir. Bu tarixin anbaan yaxınlaşması hakim düşərgədəki emosiyaların daha da gərilməsinə nədən olmaqdadır. Artıq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən olaylar diqqət mərkəzindədir və hər kəs bu prosesin hansı sonluqla bitəcəyini gözləyir. Amma tək münaqişə ocağı bu deyil. Hökumət içindəki qaynaqlardan redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu gün əhatə dairəsi günbəgün daralan PA şefi Ramiz Mehdiyev əlavə cəbhələrdə də mübarizə aparır. DİA.AZ-a danışan qaynağın iddialarına görə, Ramiz Mehdiyevin bu gün döyüşdüyü əsas fiqurlardan biri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Xatırladaq ki, bu döyüşün səs-sədası bir müddət əvvəl fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin açıqladığı məxfi sənəddə də hiss olunurdu. Belə ki, həmin sənəddə göstərilirdi ki, FHN şefinin atası, millət vəkili Fəttah Heydərov oğlu barəsində mətbuatda aparılan əks-təbliğat kampaniyasının arxasında məhz Ramiz Mehdiyevin dayandığına inanır. Mənbəmiz bildirir ki, kökləri kifayət qədər dərin olan bu münaqişə son günlər daha da alovlanıb: «Ramiz Mehdiyev bir çox istiqamətlərdə Kəmaləddin Heydərovu «vurdurur». Tək mətbuat deyil. Həm də ayrı-ayrı oyunlar hesabına FHN şefinin gözdən salınması kampaniyası gedir. Burada əsas xətt də Kəmaləddin Heydərova qarşı birincinin olan etimadını darmadağın etməkdən ibarətdir». Gələn məlumatlarda o da vurğulanır ki, amma buna rəğmən PA şefinin apardığı kampaniya tam şəkildə ifşa olunduğundan Kəmaləddin Heydərovu hədəfə alan kampaniyanı hələ davam etməsinə rəğmən, bəri başdan uğursuz hesab etmək olar. Geri qayıt |