Əsas Səhifə > Dünya > “EXXON-MOBİL” KÜRD SEPARATÇILARI İLƏ ANLAŞIB

“EXXON-MOBİL” KÜRD SEPARATÇILARI İLƏ ANLAŞIB


14-11-2011, 12:43
“EXXON-MOBİL” KÜRD SEPARATÇILARI İLƏ ANLAŞIB

ABŞ ŞİRKƏTİNDƏN BİABIRÇI ADDIM

İraqın şimalındakı Kürdüstan muxtariyyətinin rəhbərliyi ABŞ-ın “ExxonMobil” neft-qaz şirkəti ilə saziş imzalayıb.

“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə muxtariyyətin energetika və mineral ehtiyatlar naziri Aşti Xavrami Ərbil şəhərində keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, bölgə ərazisindəki yatağın 6 blokunun işlənməsinə dair saziş oktyabrın 18-də imzalanıb.

Hələlik “ExxonMobil” faktı təsdiqləməyib. Rəsmi Bağdad isə bəyan edib ki, “ExxonMobil” və Kürdüstan muxtariyyətinin razılaşması “Qərbi Kurna-1” neft yatağının işlənməsinə dair İraq və ABŞ şirkəti arasında imzalanmış razılaşmaya ziddir.

Qeyd edək ki. Kürdüstan muxtariyyəti əvvəllər kiçik xarici şirkətlərlə sazişlər imzalayıb. Hazırda isə söhbət dünya nəhəngi ilə imzalanmış ilk sazişdən gedir.


Geri qayıt