Əsas Səhifə > Partiya > DİNDARIN ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB
DİNDARIN ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB5-12-2012, 15:02 |
QƏRARI GƏNCƏDƏ VERİBLƏR Dekabrın 5-də Ali Məhkəmədə ruhani Azər Cəbiyevin kassasiya şikayətinə baxılıb. “Media forum” saytı xəbər verir ki, şikayət təmin olunmayıb, Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıb. Azər Cəbiyev 2011-ci ildə həbs olunub. Birinci məhkəmə instansiyası dindara 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib, apellyasiya instansiyası isə cəzanı 2 il 6 aya endirib. Ruhani Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli bilinib. Hazırda dindar 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Geri qayıt |