Əsas Səhifə > Partiya > MÜXALİFƏTİN YENİ BİRLİYİ YARANIR

MÜXALİFƏTİN YENİ BİRLİYİ YARANIR


5-12-2012, 15:26
MÜXALİFƏTİN YENİ BİRLİYİ YARANIR
HAKİMİYYƏTƏ YENİ İL SÜRPRİZİ

Qarşıdan gələn prezident seçkilərinə ciddi şəkildə hazırlaşan müxalifət düşərgəsi vaxt daraldıqca qüvvələri konsalidasiya etmək üçün fəaliyyətini daha da artırmağa başlayıb. TİA.AZ-ın əldə etdiyi məlumata görə, ilin sonunda isə düşərgənin birliyini təmin edən sürpriz addım atılacaq.
Əldə olunan məlumata görə, İctimai Palatanın təşəbbüsü ilə Ziyalılar Forumu və Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə bir müddətdir danışıqlar aparılırmış. Qapalı şəkildə həyata keçirilən danışıqlara isə artıq yekun vurulub. Və tərəflərlər arasında razılaşma əldə olunub.
Mənbənin bildirdiyinə görə, həmin razılaşmaya əsasən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə İP, Ziyalılar Forumu və DQMM arasında birgə əməkdaşlığa dair saziş imzalanacaq. Həmin sazişin əsas bəndi isə qarşıdan gələn seçkilərdə birgə addım ataraq, hakimiyyətin saxtakarlığına imkan verməməkdən ibarət olacaq. Yəni, bunun üçün birgə mübarizə taktikası seçiləcək və ona uyğun da addımlar atılacaq.
TİA.AZ-a verilən məlumatda o da deyilir ki, yeni yaranacaq birlik üçün artıq adda seçilib. Belə ki, bu blokun adı Demokratik Müxalifətin Koalisiyası adlanacaq.

Geri qayıt