Əsas Səhifə > Şou-biznes > QƏZA XƏBƏRİ YALAN ÇIXDI

QƏZA XƏBƏRİ YALAN ÇIXDI


6-12-2012, 10:38
QƏZA XƏBƏRİ YALAN ÇIXDI
"HAQQIMIZDA SÖZ-SÖHBƏTLƏR YAYIRLAR"

“Şamaxıdan gəldiyini nəzərə alıb, yolboyu kefini pozmaq istəmədim”.

Milli.Az xəbər verir ki, şou-biznesinin qalmaqallarından maksimum uzaq gəzib dolaşmağa çalışan müğənni ailə - Təranə Qumral və Musa Musayevin ötən gün ağır avtomobil qəzası keçirmələri xəbəri sürətlə yayılmağa başladı. İçərisində olduqları avtomobilin Bakı-Şamaxı yolunda sürət həddini aşaraq yoldan çıxması məlumatını dəqiqləşdirməyə çalışdıq.

Əməkdaşımızın telefon zənginə cavab verən Təranə xanım yayılan şayiədən pərişan duruma düşdüklərini bu sözlərlə dilə gətirdi: “Nədənsə niyyəti pis olan insanlar boş-bekar dayanmayıb haqqımızda olmazın söz-söhbətlər yayırlar. Axı bizdən nə istəyirlər?

Olmaz ki, hərə gedib öz işi ilə məşğul olsun? Bu xəbəri eşidəndə evdə idim. Və dərhal Musaya zəng edəcəkdim. Sonra Şamaxıdan gəldiyini nəzərə alıb, yolboyu kefini pozmaq istəmədim.

Yaratdığınız imkandan yararlanıb üzümü bir daha bədxahlarımıza tutub deyirəm ki, ay yazıqlar, ölüm haqqdır və heç kim dünyanı tutub dayanası deyil.

Musa ilə Təranəni ölüm belə ayıra bilməyəcək. Çünki ruhumuz da birləşib. Hamıya ən azı bizim qədər sevib-sevilməyi arzu edirəm”.

Geri qayıt