Əsas Səhifə > Şou-biznes > AKTRİSAMIZA TÜRKİYƏDƏN DƏVƏT GƏLİB

AKTRİSAMIZA TÜRKİYƏDƏN DƏVƏT GƏLİB


7-12-2012, 09:09
AKTRİSAMIZA TÜRKİYƏDƏN DƏVƏT GƏLİB
ÇƏKİLİŞLƏR GƏLƏN İL BAŞLAYIR

Tanınmış aktrisa Məlahət Abbasova sənətindəki yeniliklərdən söz açıb. Aktrisa bu haqda Milli.Az-a danışıb.

“Bildiyiniz kimi, bu yaxınlarda “Sübhün səfiri” filminin Bakıda premyerası oldu. Bu filmdə mən Mirzə Fətəli Axundovun həyat yoldaşı Tubu xanım rolunda idim. Qeyd edim ki, filmin ayın 14-ü Kıbrısda, 17-i Ankarada, 19-u isə İstanbulda böyük bir qalası olacaq. Bütün bunların hamısını “Türksoy” təşkil edir. Hazırda isə Türkiyə və Azərbaycanın ortaq işi olan, mənim də baş məsləhətçisi olduğum “Mahmud və Məryəm” filminin çəkilişlərini bitirmişik. Layihəni Türkiyə tərəfdən “24 Kare” film şirkəti, Azərbaycan tərəfdən isə “Salnamə” film şirkəti gerçəkləşdirir. Bu filmdə mən Qəmərbanu rolunu oynayıram. Qəmərbanu uzun illərdir övlad həsrəti ilə yaşayan bir anadır. Eyni zamanda da Ziyad xanın xanımıdır. O, həm ana, həm də iqtidar qadınıdır. Uzun illərdən sonra, nəhayət ki, Mahmud dünyaya gəlir. Film, inşallah, mart ayında televiziyaya çıxacaq. Film 9 Avropa ölkəsində satılacaq, bundan əlavə Bakı, Almaniya, Türkiyə, London, Moskvada təqdimat mərasimi olacaq. Filmin Azərbaycanda çox böyük səs-küy gətirəcəyinə inanıram”, - deyə aktrisa bildirib.

Aktrisa ona gələn dəvətlərdən də danışıb:

“Türkiyədə yanvar ayında serialda oynamağım üçün mənə dəvət gəlib. Sözün düzü onlara, hələ ki, bir cavab verməmişəm. Bakıdan da dəvət gəlmişdi, çox heyif ki, qəbul edə bilmədim. Amma Bakıdan yenə də yeni filmlərə dəvət almışam, bunlar qoy, hələ ki, sürpriz qalsın (gülür).

Azərbaycanla bağlı təkrar ortaq proyektlərimiz olacaq, onların üstündə işləməyə başlayacağıq. TRT Avaz televiziyasında mənim “Aşkın pusulası” adlı proqramım var. 4 ildir ki, mən bu proqramın aparıcısıyam. Bütün bunlarla yanaşı, teatrda da çalışıram. Yaxında Elçinin “Şekspir” adlı əsərinin tamaşasının məşqlərinə başlayacağam. Tamaşanın quruluşcu rejissoruyam”.

Geri qayıt