Əsas Səhifə > Sosial, Manşet > “TURANBANK” TURİZM ŞİRKƏTİ İLƏ PUL DAVASINA ÇIXDI

“TURANBANK” TURİZM ŞİRKƏTİ İLƏ PUL DAVASINA ÇIXDI


8-12-2012, 09:55
“TURANBANK” TURİZM ŞİRKƏTİ İLƏ PUL DAVASINA ÇIXDI
“QRANİT AS TRAVEL” TURİZM AGENTLİYİNİN KÜLLİ MİQDARDA BORCU VAR

DİA.AZ: - “Turanbank” ASC “Qranit AS Travel” Turizm Agentliyini məhkəməyə verib. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, iddiada kredit müqaviləsinin ləğv edilməsi tələb olunur.

Belə ki, şirkət bankdan 250 min ABŞ dolları məbləğində kredit götürüb. Sonradan faizlərlə birlikdə bu məbləğ 328,5 min manata (420 min ABŞ dolları) çatıb.

Qeyd edək ki, məsələ ilə bağlı Turizm Agentliyindən verilən açıqlamada məlumat təsdiqlənib. Agentlikdən bildirilib ki, hazırda məsələ həll olunmaq üzrədir.

Geri qayıt