Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TƏHMASİB NOVRUZOV İTTİHAMLARA BELƏ REAKSİYA VERİR

TƏHMASİB NOVRUZOV İTTİHAMLARA BELƏ REAKSİYA VERİR


8-12-2012, 11:02
TƏHMASİB NOVRUZOV İTTİHAMLARA BELƏ REAKSİYA VERİR
İTTİHAM HƏDƏFİ İTTİHAM EDİR

Avrasiya.net-ə müraciət daxil olub.
Müraciət 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov “Millətim” qəzetinə göndərdiyi sensasion məktuba bir cavabdır. Xatırladaq ki, həmin məktubda Bəhlul Muradov Təhmasib Novruzovu dələduz, dövlətə və dövlətçiliyə xəyanət etmiş şəxs kimi qələmə verib. Hətta AXCP sədri Əli Kərimlini fiziki məhv etmək üçün ona 50 min manat da vəd edildiyini yazıb.
T.Novruzovun müraciətini olduğu kimi təqdim edirik: “Son vaxtlar Azərbaycan Xalq Cəbhəsi “Yurd” qanadının rəhbəri Əli Kərimli növbəti provakasiyaya əl atmışdır. Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi üzrə cinayət işinin intensiv aparıldığı, Əli Kərimli bu cinayət işində əsas şübhəli şəxslərdən biri olmasının gündəmə gəldiyi bir zamanda ictimaiyyətin fikrini özündən uzaqlaşdırmaq üçün, bir dəfə deyil bir neçə dəfələrlə dələduzluq faktı üzrə məhkəmələr tərəfindən məhkum olunmuş, sosial bazalarının nüvəsini təşkil edən bir qrup fırıldaqçını öyrədərək mənə və rəhbərlik etdiyim təşkilata qarşı böhdan kompaniyasına start vermişdir. Mən, eləcə də rəhbərlik etdiyim təşkilat bütün bunları qətiyyətlə pisləyir və bu cür iyrənc metodlardan istifadə olunmasını siyasi əxlaq normalarına zidd dəyərləndirərək rədd edirik.
Qeyd edirik ki, məlum böhtan yazılarla bağlı həmin yazıları hazırlayan fırıldaqçıların və onu, qarşı tərəfin fikrini öyrənmədən dərc edən mətbu orqanların fakt üzrə hüquqi müstəvidə cavab vermələri üçün hüquqi prossedura başlanmışdır”.

Geri qayıt