Əsas Səhifə > Güney Press, Araşdırma > NAHİD ŞƏMŞİROVUN TÜSTÜLƏYƏN QƏLYANI

NAHİD ŞƏMŞİROVUN TÜSTÜLƏYƏN QƏLYANI


8-12-2012, 11:25
NAHİD ŞƏMŞİROVUN TÜSTÜLƏYƏN QƏLYANI
CAVİD QURBANOVUN QOHUMUNDAN NARAZILIQ VAR

Son günlər mətbuatda ən çox tənqid olunan, adı iri ranqlı dövlət məmurları ilə bir sırada çəkilən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri, Milli Məclisin deputatı, “Azəryolsevis” ASC-nin sədri Cavid Qurbanovun əmisioğlu Nahid Şəmşirovla bağlı şikayət xarakterli oxucu məktublarının ardı-arası kəsilmir. PİA.AZ-a son olaraq daxil olna şikayət məktubunu olduğu kimi, dərc edirik:

Hörmətli redaksiya!

Bir sıra mətbuat orqanlarında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri, Milli Məclisin deputatı, “Azəryolsevis” ASC-nin sədri Cavid Qurbanovun əmisioğlu Nahid Şəmşirovun qanunsuz fəaliyyəti ilə bağlı yazılanların hamısından xəbərdaram. Reallıqdır ki, Masallıda artıq bir Nahid Şəmşirov problemi var və o, “burada mənəm, Bağdadda kor xəlifə” misalında olduğu kimi, heç kimi saymadan öz qanunsuz fəaliyyətini davam etdirir. Onun hətta ara söhbətlərində özünü rayonun faktiki sahibi adlandırması, icra başçısına nəzarət məqsədilə rayona göndərildiyini söyləməsi bu şəxsin arxasında heç də xırda adamların dayanmadığını ortaya qoyur.

Rayonda tikilən bütün strateji obyektləri öz adına çıxan Nahid Şəmşirov bu tikintilərin özü tərəfindən həyata keçirildiyini, öz şəxsi büdcəsi hesabına reallaşdırdığını da deyir. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi və dövlət büdcəsi hesabına tikilən Gənclər Mərkəzini özünün inşa etdirdiyini dilə gətirməkdən belə çəkinmir.

Bu məqamda onu da deyək ki, Nahid Şəmşirov Gənclər Mərkəzinin açılışı zamanı ölkə basşçını aldatmaqdan da çəkinməyərək, öz işçisi, Gənclər Mərkəzinə heç bir aiddiyatı olmayan Səbuhi Abbasovu Mərkəzin nümayəndəsi kimi təqdim edib. Onun rəhbərlik etdiyi rayon Dövlət Sosial Müdafiə Fondunda (DSMF) isə sözün əsl mənasında hərc-mərclik hökm sürür. Rüşvətsiz bir məsələni belə həll etmək mümkün deyil. “Bəşir”, “Kəlvə” adları ilə idarəyə üz tutan və hər hansı sənəd almaq istəyən rayon vətəndaşlarından açıq şəkildə rüşvət tələb edilir. Onun hətta kiçik rüşvətlərə yaxın durmadığı, iri müəssisə rəhbərləri ilə korrupsiya əməliyyatında anlaşdığı da təkzibi mümkün olmayan fakta çevrilib. Rüşvət verməyənlər isə təhdid olunur, onların pensiya üzünə həsrət qalacağı başına oyun açılacağı bildirilir.

NAHİD ŞƏMŞİROVUN TÜSTÜLƏYƏN QƏLYANI
NAHİD ŞƏMŞİROVUN TÜSTÜLƏYƏN QƏLYANI
NAHİD ŞƏMŞİROVUN TÜSTÜLƏYƏN QƏLYANI

Bu günlərdə isə Nahid Şəmşirovun ən yaxın adamlarından biri, adı dəhşətli rüşvət qalmaqalında hallanan keçmiş deputat Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin keçmiş redaktoru, hazırda isə Rayon DSMF-sində Fərdi Uçotun Təşkili sektorunun müdiri Səbuhi Abbasovun rayon sakinlərindən rüşvət alarkən çəkilmiş videosunun anonsu yayıldı. Baş verənlər ölkə mətbuatına çıxsa da, Nahid Şəmşirov onları məhkəməyə vermədi. Çünki bilirdi ki, məhkəmə bu qanunuszluqların hüquqi qiymətini versə, o zaman Nahid Şəmişirovun və onun oliqarx əmisioğlu Cavid Qurbanovun başı ağrayacaq.

Onu da deyim ki, Nahid Şəmşirov rayondan qazandığı pullar hesabına Bakının ən bahalı restoranlarında dincəlir öz kefindən qalmır. Onun paytaxtın ən bahalı restoranlarına(“Sheraton” otel, “Çinar”, “Cafecity”, “Sultan” və s) bu məqsədlə üz tutması da heç kimə sirr deyil. Bundan başqa Nahid Şəmşirovun bahalı avtomobillər və “zerkalni” nömrələr həvəskarı olduğu da hamıya bəllidir. Masallı rayonuna məxsus “44″ seriyalı “zerkalni” nömrələrin əksəriyyəti şöbə müdirinə məxsusdur. Elə bu səbəbdən də Nahid Şəmşirov rayonda tapılmır. Onun “bəşir” (rüşvət yığma) əməliyyatlarını isə Səbuhi Abbasov aparır.

Qeyd edək ki, Nahid Şəmşirovun rəsmi iş günlərində əyləncə mərkəzlərində çəkdirdiyi fotoları oxucu redaksiyaya göndərib. Şəkillərdən də göründüyü kimi, Nahid Şəmşirov həqiqətən də kefindən qalmır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt