Əsas Səhifə > Şou-biznes > NATO MÜFƏTTİŞİ MÜĞƏNNİMİZİ BOŞADI
NATO MÜFƏTTİŞİ MÜĞƏNNİMİZİ BOŞADI8-12-2012, 12:18 |
DAHA BİR AİLƏ DAĞILDI Müğənni Səidə Dadaşova ilə ayrıldığını deyən və hazırda Türkiyənin İzmir şəhərində yaşayan Səlcuq Gökgöz maraqlı açıqlamasıyla diqqət çəkib. AzNews.az-a danışan S.Gökgöz bildirib ki, Səidə Dadaşovadan ayrılıb və ondan uzaq yaşamaqdan çox xoşbəxtdir: “İzmirdə böyük iş təklifi almışam. Ona görə bura gəldim. Bundan sonra həyatıma İzmirdə sakit və xoşbəxt şəkildə davam edəcəyəm. Səidə xanımdan ayrıldıqdan sonra özümü xoşbəxt hiss edirəm. Çünki Səidə xanım ərdə olduğu halda belə azadlığını istəyən qadındır. O, öz yoluna getdi. Ona, uğurlar! Amma mən bilirəm ki, Səidə xanım bu yolda çox peşman olacaq. Çünki yanındakı ağıl qoyan adam onu heç bir yerə qaldıra bilməyəcək. 10 ay keçib və Səidə xanım nə efırlərdə, nə də gözlə görüləcək bir konsertdədir... Allah Səidə xanıma ağıl, fikir versin deyirəm, başqa da heç nə demiəm”. Qeyd edək ki, S.Gökgöz Səidə ilə ailə qurmazdan əvvəl ABŞ-ın Denver ştatında yaşayıb və orada NATO-da 26 il müfəttiş işləyib. O, bir dəfə ailə qurub və ayrılıb. Onun bir qız övladı var. Geri qayıt |