Əsas Səhifə > Şou-biznes > RİHANNANIN BAKIDAN SONRA "KLAPANLARI" AÇILIB

RİHANNANIN BAKIDAN SONRA "KLAPANLARI" AÇILIB


11-12-2012, 10:38
RİHANNANIN BAKIDAN SONRA "KLAPANLARI" AÇILIB
7 GÜN - 7 ÖLKƏ - 7 KONSERT

Dünyanın ən qlamur müğənnilərindən biri sayılan 24 yaşlı qaradərili sənətçi çox zərif və gözəl olmaqla bahəm, həm də həddən ziyadə zəhmətkeşdir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, "İnStyle" jurnalı Riannanı ölkələrə aparan təyyarədə olub və müğənninin konsert turunu anbaan izləyib.

"Rianna dəlisov, qlamur, hər şeydən inciyən və küsən xanım kimi tanınır. Lakin bu zərif, elfə bənzəyən xanımın dəmir iradəsi və mətinliyi var. Biz də bunu gördük", - jurnal yazır.

Riannanın stilisti Yusef isə bildirib ki, müğənni həddən ziyadə tələbkar olmaqla yanaşı, zəhməti dəyərləndirən və səxavətli insandır: "Onu aldatmaq, yanıltmaq çox çətindir. Riannanın barəsində milyonlar yanlış təsəvvürə malikdir. O, çılğın, pulları səpələyən insan yox, hər addımını ölçüb-biçən şəxsdir".

Riannanın modelyeri Mel Ottenburqun sözlərinə görə, müğənninin ən çox sevdiyi geyim və aksessuar brendləri "Givenchy", "Tom Ford" və "Kenzo"dur.

Dünən Rianna Parisdə olub. "Found Love"ın mahir ifaçısı studiyadan çıxarkən jurnalistlərlə qarşılaşıb.

Maraqlıdır ki, Rianna Parisdə olarkən onun sabiq sevgilisi, reper Kris Braun da Fransa paytaxtında idi.

Daha sonra o, buzlu arenaya gedərək istirahət edib və əlində "Jack Deniels" viskisi tutaraq fotolar çəkdirib, Twitter-də yayıb.

Geri qayıt