Əsas Səhifə > Sosial, Manşet > 5 KÖRPƏ UŞAĞI OLAN ANANIN TÜKÜRPƏDƏN FƏRYADI

5 KÖRPƏ UŞAĞI OLAN ANANIN TÜKÜRPƏDƏN FƏRYADI


11-12-2012, 12:30
5 KÖRPƏ UŞAĞI OLAN ANANIN TÜKÜRPƏDƏN FƏRYADI
NEFT VƏ MİLYONLAR ÖLKƏSİNİN ACI REALLIĞI: BİR AİLƏ SƏFALƏT İÇİNDƏDİR

DİA.AZ: - Masallı rayonunun İsgəndərli kəndində yaşayan Həbibə Qasımova imkanlı şəxslərdən, dövlət qurumlarından, xeyriyyəçilərdən, məmurlardan yardım istəyir. Ailə dolanışığı çətin durumda olan Həbibə Qasımovanın DİA.AZ-a daxil olan müraciətini olduğu kimi diqqətinizə çatdırırıq:

“Bir yaşından doqquz yaşınadək 5 övladım var. Onlardan 2-si məktəblidir. Lakin onlara ayaqqabı, paltar, kitab-dəftər ala bilmədiyim üçün məktəbə getmirlər. Masallı şəhərinin İsgəndərli kəndində kirayədə yaşayırıq. İş olmadığı üçün həyat yoldaşım qapılarda, dükanlarda fəhləlik edib qəpik-quruş qazanır.

Özüm də əməliyyat olunmuşam və 5 uşağı sahibsiz qoyub heç yerdə işləyə bilmirəm. Elə bir savadım da yoxdur. Cəmi 50 manat ünvanlı yardımın ümidinə qalmışıq, onu da ev kirayəsinə veririk. Sözün əsil mənasında aclıqdan qırılırıq.

Millət vəkilindən tutmuş Heydər Əliyev Fondunadək hər yerə müraciət etmişəm. Köhnə paltardan köhnə qab-qacadan, ən adi ərzağa qədər hər şeyə ehtiyacımız var. Sizə üz tuturam - ey məmurlar, ey xeyriyyəçilər, ey hacılar, kərbəlayılar, daha kimlər, kimlər – göz qabağında bir gənc ailə 5 körpəsi ilə qırılır – bizə yardım edin!”

Geri qayıt