Əsas Səhifə > Dünya > ƏFV FƏRMANI İMZALANDI
ƏFV FƏRMANI İMZALANDI15-11-2011, 10:48 |
912 NƏFƏR BU FƏRMANLA AZADLIĞA ÇIXACAQ İranın ali lideri ayətullah Əli Xamneyi Qədir-Xum bayramı münasibətilə həbsdə olan 912 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir. İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qədir-Xum bayramı münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 912 məhbusun əfv edilməsi xahiş olunur. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. Noyabrın 15-də Qədir-Xum bayramı qeyd olunur. Geri qayıt |