Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZERİQAZ"DA YENİ PULYEMƏ ÜSULU
"AZERİQAZ"DA YENİ PULYEMƏ ÜSULU12-12-2012, 11:53 |
İNDİ DƏ "SMART-KART"LAR PROBLEM YARADIR “Azəriqaz” rəhbərliyi xalqın pulunu mənimsəməyə yeni yol tapıb. Ölkəmizdə qaz yığım səviyyəsinin yaxşılaşdırılması və istehlak olunan təbii qazın dəyərinin tam ödənilməsi məqsədi ilə, “əvvəlcədən ödəniş” sisteminə keçid mərhələsində “Azəriqaz” İB gələn 544 mindən çox “Smart-kart” tipli sayğac quraşdırmağı planlaşdırır. Hazırda Bakı və ətrafı kəndlərdə demək olar ki, bu proses yekunlaşıb. 2011-ci ildən bəri bir çox abonent bu üsulla qaz alır. PİA.AZ-a daxil olan məlumatların birində quraşdırılan sayğacların heç də dövlət tərəfindən maliyyələşdirilmədiyinə dair iddia səslənir. Həmin bildirişə görə, hər bir sayğacın 200 AZN qiyməti var. Maraqlıdır ki, “Azəriqaz” İB-nın saytının müvafiq bölümündə də sayğacların pulsuz olmasına dair heç bir məlumat yoxdur. Apardığımız araşdırma nəticəsində məlum olub ki, həqiqətən də sayğaclar pulludur. Əhali arasında “pulsuz” bilinən məqam isə sayğacların quraşdırılmsına şamil olunur. Buradaca ortaya sual çıxır - əgər sayğaclar pulludursa, bəs o zaman bu pulu dövlət bizdən necə alır? Elə biz də bu maraqlı məqamın üzərini açacaq nüanslara aydınlıq gətirmək istəyirik. Məlumdur ki, sayğaclar quraşdırılan zaman əhalidən heç bir rüsum ödəmək tələb olunmur. Lakin sayğac quraşdırılan zaman abonentə təqdim olunan xüsusu kart vasitəsiylə bu rüsum hissə-hissə tutulur. Araşdırmamız zamanı öyrəndik ki, bu tutulmanın məbləği ən çox karta qoyulan pulun 30%-ı təşkil edə bilər. Əhali arasında “Smart-kart” sayğaclar “pul yeyir” söz-söhbətinin yaranmasının da səbəbi məhz budur. Bundan əlavə, həmin sayğaclar quraşdırılan zaman qalan qalıq borc da eyni qaydada hesabdan silinir. Əlbəttə ki, hər iki silinmə zamanı abonentə heç bir qəbz verilmir və heç nədən xəbər tutmayan abonent dövlətə olan borcunu ödədiyini heç bir zaman sübut edə bilmir. Bu isə nəticə etibari ilə, vətəndaşdan eyni borcu 2 dəfə almağa qədər uzanır. Yəni borcunu bilmədən ödəyən vətəndaşən qapısını qaz idarəsinin işçisi kəsib pul tələb edəndə vətəndaşın borcunu ödəməkdən başqa çarəsi qalmır. Yığılan bu pullar isə iarxik olaraq bölüşdürülür. Araşdırmamız davam edir… Geri qayıt |