Əsas Səhifə > Dünya > LUKAŞENKO RUSİYA ADINDAN DANIŞDI
LUKAŞENKO RUSİYA ADINDAN DANIŞDI12-12-2012, 12:00 |
MOSKVADAN RLS AÇIQLAMASI GƏLDİ Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda Qəbələ RLS-in bağlandığını rəsmən təsdiqləyib. “Media forum” saytının məlumatına görə, XİN-in sözçüsü Aleksandr Lukaşeviçin dekabrın 11-də verdiyi açıqlamada deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Qəbələ Radiolokasiya Stansiyasının statusu, istifadə prinsipləri və şərtləri haqda sazişin fəaliyyət müddəti 2012-ci ilin dekabrın 9-da başa çatdığı üçün Rusiya tərəfi dekabrın 10-dan bu stansiyanın istismarını dayandırıb. Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə vaxtında müvafiq nota təqdim edib”. Nazirliyin rəsmisi Azərbaycandan Qəbələ RLS-in icarə müddətinin uzadılması haqda danışıqları bərpa etmək təklifi daxil olmadığını vurğulayıb. 1985-ci ildə istismara verilən Qəbələ RLS SSRİ-nin raketdən müdafiə kompleksinin əsas stansiyalarından biri olub. Bu stansiya 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayırdı. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya icarəyə vermişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatırdı. Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanat yayaraq bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası danışıqlarında razılaşma əldə olunmayıb və stansiyanın istismarı dayandırılıb. Geri qayıt |