Əsas Səhifə > Güney Press, Araşdırma > PUTİNİN AZƏRBAYCAN ƏSİLLİ NÜMAYƏNDƏSİ DÖYÜLDÜ
PUTİNİN AZƏRBAYCAN ƏSİLLİ NÜMAYƏNDƏSİ DÖYÜLDÜ12-12-2012, 12:46 |
EDUARD BAĞIROVU NTV-DƏ DÖYDÜLƏR Rusiya prezidenti Vladimir Putinin Azərbaycan əsilli səlahiyyətli nümayəndəsi Eduard Bağırov döyülüb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, olay NTV telekanalının “Sonuncu söz” proqramının çəkilişi zamanı baş verib. Proqramda iştirakçı olan rus millətçisi İvan Mironov çəkilişi zamanı “Çemodan-Azərbaycan – görüşənədək!” ifadəsini dilə gətirib. Bu, Eduard Bağırovu bərk qəzəbləndirib və o, Mironova iradını bildirib. İvan Mironov isə Eduard Bağırovun üzərinə atılaraq onu döyüb. Məlumata görə, Rusiya Teleradio Şurası NTV telekanalına proqramı yayımlamağa qadağa qoyub. Qeyd edək ki, Eduard Bağırov geniş səs-küyə və müzakirələrə yol açmış “Qastarbayter” romanının müəllifidir. Geri qayıt |