Əsas Səhifə > Partiya > NEMƏT PƏNAHLINI ZİYARƏT ETDİLƏR
NEMƏT PƏNAHLINI ZİYARƏT ETDİLƏR12-12-2012, 12:52 |
ONUNLA KONFEDENSİAL SÖHBƏT APARILIB Ombudsmanın nümayəndələri həbsdə olan partiya sədri ilə görüşüb. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, İnsan hüquqları üzrə müvəkkilin İşgəncələrə Qarşı Milli Preventiv Qrupunun üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində başçəkmə həyata keçiriblər. Qrup üzvləri müəssisənin cərimə təcridxanasında saxlanılan məhkumları qəbul edib, onlarla konfidensial söhbətlər aparıblar. Araşdırmalar zamanı müəyyən olunub ki, dekabrın 6-da 1 saylı rejim korpusunda bir neçə məhkum arasında daxili rejim qaydalarının pozuntusu ilə əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə 10-dan çox məhkum, o cümlədən Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlı dekabrın 6-da cərimə təcridxanasına salınıb. Qrup üzvlərinin Pənahlı ilə söhbəti zamanı o, zorakılığa məruz qalmadığını bildirib. Dekabrın 6-da Pənahlının beş gün müddətində təcridxanaya salınması barədə qərar verilib. O, burada aclıq aksiyasına başlayıb, digər məhkumları ona dəstək verməyə çağırıb, bu da daxili intizam qaydalarının pozulması kimi qiymətləndirilib. Pənahlının aclıq aksiyası keçirməsi nəzərə alınaraq, qrup üzvləri həkimə onun səhhətini diqqətdə saxlanılması ilə bağlı tapşırıq verib. Geri qayıt |