Əsas Səhifə > Dünya > RUSLARDAN GÜRCÜ SİYASƏTÇİYƏ İTTİHAM

RUSLARDAN GÜRCÜ SİYASƏTÇİYƏ İTTİHAM


13-12-2012, 10:17
RUSLARDAN GÜRCÜ SİYASƏTÇİYƏ İTTİHAM
GİVİ TARQAMADZE İĞTİŞAŞLARDA İTTİHAM OLUNUR

Gürcüstan siyasətçisi Givi Tarqamadze Moskvanın Bolotnaya meydanında baş verən kütləvi iğtişaşların təşkilində ittiham olunur.

APA-nın xəbərinə görə, bu barədə Rusiya istintaq Komitəsi açıqlama yayıb.

İstintaqın versiyasına görə, G.Tarqamadze Moskvada “Milyonların marşı” keçirilən zaman “müxalifət liderlərinin hərəkətlərinə rəhbərlik edib”. Qeyd edək ki, bu il Moskvada bu adda 3 aksiya keçirildiyindən, İstintaq Komitəsinin açıqlamasından hansı aksiyanın nəzərdə tutulduğu bəlli olmur. Mayın 6-da keçirilən aksiya polislə toqquşma ilə nəticələnib, iyunun 12-də və sentyabrın 15-də isə heç bir insident qeydə alınmayıb.

İstintaq Komitəsi yaxın vaxtlarda Givi Tarqamadze ilə bağlı Gürcüstana sorğu göndəriləcəyini bəyan edib. Adı çəkilən siyasətçi isə Rusiya siyasətinə müdaxilə etmədiyini bildirib və ittihamları rədd edib.

Geri qayıt