Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SƏFƏR ƏBİYEVƏ BÖYÜK ZƏRBƏ
SƏFƏR ƏBİYEVƏ BÖYÜK ZƏRBƏ13-12-2012, 10:55 |
NAZİRLİYİN SƏLAHİYYƏTİ ARZU RƏHİMOVA VERİLDİ Nazirlər Kabineti “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarında dəyişikliklər edib. Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik Müdafiə Nazirliyinin səlahiyyətlərindən birinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi ilə əlaqədardır. Başqa sözlə, vətəndaşların mülkiyyətində olan əmlakın müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması ilə əlaqədar onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, Maliyyə Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin ediləcək. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği də yerli icra hakimiyyətində yaradılan və tərkibində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. Bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin səlahiyyətini Müdafiə Nazirliyi (rayon Hərbi Komissarlığı) yerinə yetirib. Geri qayıt |