Əsas Səhifə > Partiya > "İSLAHAT HAKİMİYYƏTİN SONU DEMƏKDİR"
"İSLAHAT HAKİMİYYƏTİN SONU DEMƏKDİR"13-12-2012, 12:16 |
ƏLİ KƏRİMLİNİN MÜAVİNİ SƏRT DANIŞDI “Mən Azərbaycan siyasətində ən mümkün olmayan şey kimi hakimiyyətin islahata gedə bilməyəcəyini hesab edirəm. Heç hakimiyyət buna hazır da deyil. Ölkə müxalifəti, ekspertlər və siyasilər gözəl bilirlər ki, hakimiyyət xalqın nə qədər aşağı düşüb. Hətta islahatların yüngül imitasiyası belə, Azərbaycan hakimiyyətinin sonu deməkdir.” Bu sözləri AXCP-nin sədr müavini Nurəddin Məmmədli FaktXeber.com-un “hakimiyyətin hazırkı dönəmdə islahata getməsi mümkündürmü” sualını cavablandırarkən söyləyib. Müsahib onu qeyd etdi ki, ölkədə islahat deyəndə ilk öncə korrupsiyanın aradan qaldırılması nəzərdə tutulur: “Azərbaycan hakimiyyətinin siyasətinin əsas özəl prinsiplərindən biri korrupsiya və rüşvətxorluqdur. Hakimiyyət daxili sabitliyi saxlayan yeganə faktor da budur. Ölkədə digər bir problem insan hüquq və azadlıqları ilə bağlıdır. Bunun da aradan qaldırılması mümkün deyil. Ona görə ki, İlham Əliyev bu günə qədər bir neçə nəfər vicdan məhbusunu azad edə bilməyib. Əgər belə bir addım atarsa, ölkədə hətta kriminalların da siyasətə qoşulması artacaq. ” Azərbaycanda islahatların seçki demokratiyası ilə müşahidə edilməsinin zəruri olduğunu bildirən Nurəddin bəy, “hətta yüngül demokratik seçki islahatı belə, hakimiyyətin sonu deməkdir. Ona görə kompleks şəkildə bu hakimiyyətin islahata gedəcəyinə inanmıram”, - deyə bildirdi: “Azərbaycan hakimiyyəti bütün nazirləri dəyişsə belə, ölkə müxalifətinin bu rejimə qarşı münasibəti dəyişməyəcək. Ona görə ki, ölkədə rejim dəyişməlidir. Bir korrupsioner nazirin digəri ilə əvəz edilməsi və yeni gələn nazirin köhnənin atasına rəhmət oxutdurması, islahat kimi qəbul oluna bilməz.” Geri qayıt |