Əsas Səhifə > Güney Press, Üçüncü sektor > JURNALİSTƏ QARŞI VİRTUAL HÜCUM
JURNALİSTƏ QARŞI VİRTUAL HÜCUM14-12-2012, 09:06 |
"AZADLIQ" RADİOSU ƏMƏKDAŞININ İNTERNET ADRESİ OĞURLANIB "Azadlıq" radiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun "facebook" hesabı və e-mail adresinin şifrəsi naməlum şəxs tərəfindən oğurlanıb. Bu barədə gozetci.az portalına Y.Əkrəmoğlu məlumat verib. Onun dediyinə görə, srağagün axşam saatlarında ona məxsus "facebook" hesabının və e-mail adresinin şifrəsi oğurlanıb. Jurnalist bunu özümə qarşı təxribat hesab edir. Artıq yeni "facebook" hesabından istifadə etdiyini deyən jurnalist bildirdi ki, əgər əvvəlki "facebook" hesabından hər hansı fikir yayımlansa, bunun ona məxsus olmadığı hesab edilməlidir. Qeyd edək ki, son günlər Y.Əkrəmoğlu təqib və təzyiqlər məruz qalıb. Bundan əlavə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin ölkədən qaçan əməkdaşı İbrahim Musayev qeyd olunan nazirliyin Y.Əkrəmoğlu ilə bağlı qurulan plan barədə mətbuata məlumat verib. Geri qayıt |