Əsas Səhifə > Şou-biznes > PİŞİK GÜNELİ HƏLƏ BELƏ GÖRMƏMİŞDİNİZ

PİŞİK GÜNELİ HƏLƏ BELƏ GÖRMƏMİŞDİNİZ


14-12-2012, 09:45
PİŞİK GÜNELİ HƏLƏ BELƏ GÖRMƏMİŞDİNİZ
MÜĞƏNNİ DEPRESSİYAYA DÜŞÜB

Milli.Az xəbər verir ki, daim müsbət enerjisi və pozitivliyi ilə həmkarlarından seçilməyi bacaran tanınmış estrada müğənnisi Günel Ələkbərova son günlər onu görənləri heç də sevindirmir.

Müğənninin nə səbəbdən depressiyada olduğu məlum deyil. Amma Günel depressiyanın qanadları altında səsyazma studiyasında yeni mahnısını yazdırıb.

Sözləri Rəna Mirzəyevaya, musiqisi bəstəkar-müğənni Pərvin Lətifova məxsus olan “Bu sevgidən yoruldum” adlı mahnısı da elə depressiya əhval-ruhiyyəsindən bəhs edir.

Müğənni Elçin Cəfərovla yaxın dostlarının yaratdığı “TEA” studiyasında fotokameramıza yaxalanan Günel öncə israrla şəkillərin çəkilməsini istəmədi. Səbəb kimi də makiyajının qaydasında olmadığını söylədi.
PİŞİK GÜNELİ HƏLƏ BELƏ GÖRMƏMİŞDİNİZ

Ələkbərova qulaqcıqları taxıb ürəkdən oxumağa başlayanda sanki ruhunu sakitləşdirirdi. Doğrunu yazmaq lazımdırsa, həqiqətən də, bu görkəmdə onu heç zaman görmədiniz...

Özünü toparlayan Günel real hitə namizəd olan mahnısını yeni ilin ilk günlərində dinləyicilərə təqdim edəcəyini də gizlətmədi.

Geri qayıt