Əsas Səhifə > Sosial, Manşet > CƏLİLABADDA STALİNİN DAVAMÇISI PEYDA OLUB

CƏLİLABADDA STALİNİN DAVAMÇISI PEYDA OLUB


14-12-2012, 09:58
CƏLİLABADDA STALİNİN DAVAMÇISI PEYDA OLUB
RAYONUN İCRA BAŞÇISI HƏTTA VƏZİFƏSİNİ İTİRƏNLƏRİ BELƏ TƏHDİD EDİR

DİA.AZ: - Bir neçə gün əvvəl Cəlilabad rayonunda baş vermiş bir kadr islahatının tarixçəsi haqda məlumat vermişdik. Amma deyəsən, bu xəbərimiz rayonun icra başçısı Əziz Əzizovu o qədər qəzəbləndirib ki, hətta məlumatı haradan aldığımızı da araşdırmağa başlayıb. Olsun, bu da onun haqqıdır, amma haqqı çatmayan işlərə də baş vurur ki, biz də bu məqama toxunmaq istərdik.

DİA.AZ bildirir ki, bir neçə gün əvvəlki xəbərimizdə Əziz Əzizovun çıxardığı bir şəxslə bağlı məlumat vermişdik və bildirmişdik ki, icra başçısı həmin şəxsə qarşı kampaniya aparıb və sonda onu vəzifəsindən çıxartdırıb. Bəri başdan bildiririk ki, həmin şəxsin adını çəkməyəcəyik və ən azından diqqətli oxucular, həmçinin Əziz Əzizov söhbətin kimdən getdiyini yaxşı anlayır.

Beləliklə, haqqını müdafiə etməyə çalışdığımız həmin şəxs redaksiyamıza olduqca sərt, hətta aşağılayıcı ifadələrin belə yer aldığı bir müraciəti ünvanlayıb və müqəddəs Həccə and içərək bizi təkzib edir.

Və biz də kifayət qədər şübhələrin olması səbəbindən yenidən araşdırma apardıq. Aydın oldu ki, əslində Əziz Əzizov həmin keçmiş məmura təzyiqlər edib və hətta onu keçmiş əməllərinə görə həbs etdirə biləcəyini də diqqətinə çatdırıb və bununla da adamı redaksiyamızın xəbərinə etiraz etməyə vadar edib. Biz də təbii ki, həmin materialı portalımızdan yığışdırdıq. Amma bu o demək deyil ki, yazdıqlarımız həqiqət deyil… əksinə elə son olaraq baş verən hadisə də bunu təsdiqləyir.

Görünəni odur ki, Əziz Əzizov Cəlilabadda əməlli-başlı repressiv rejim yarada bilib.

Geri qayıt