Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN MƏTBUATIMIZA İTTİHAM

İRANDAN MƏTBUATIMIZA İTTİHAM


15-11-2011, 12:10
İRANDAN MƏTBUATIMIZA İTTİHAM

«AZƏRİ MEDİASI SİONİST REJİMDƏN QORXUR»

DİA.AZ: - İsrailin Milli İnfrastruktur naziri Uzi Landau Azərbaycan Respublikasına səfər etdi. Amma bu səfər deyəsən, fars-molla rejimini əməlli-başlı əndişəyə salıb. Əgər belə olmasaydı, Uzi Landaunun səfəri Tehran tərəfindən qıcıqla qarşılanmazdı. Hətta İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan xəbər portalları Azərbaycan mediasını da bu səfərlə bağlı hədəfə alaraq iddia edirlər ki, guya «sionist rejimindən qorxan Azərbaycan mediası İsrailin insan qaçaqçılığı fəaliyyəti barədə susur».

Bu barədə məlumat yayan İranın "arannews" portalının yaydığı məlumatda deyilir: «Sionisr rejimin rəsmisinin bu səfəri elə bir şəraitdədir ki, insan qaçaqçılığı ilə məşğul olan İsrail mafiyasının 6 üzvü Azərbaycanda və Ukraynada həbsdədirlər və onlar barədə xüsusi məhkəmə qurulmuşdur.

İsrail insan qaçaqçılığı mafiyasının Azərbaycanda da fəaliyyət göstərməsinə baxmayaraq, azəri mediya sionist rejimlə əlaqələrin pozulmasından qorxaraq, bu barədə sükut edirlər.

Digər bir tərəfdən həbs olunan mafiya üzvlərinin Ukraynanın paytaxtı Kiyevdə mühakiməsinin səbəbi, İsrail rejiminin birbaşa olaraq bu cinayətkarların cinayətini himayə etməsinin üstünün açılmasının qarşısının alınması üçün olduğunu da deyirlər.

İsrail insan qaçaqçılığı mafiyası Bakı, Gəncə, Lənkəran kimi müxtəlif şəhərlərdən uşaqları övladlığa götürmək adı ilə işğal olunmuş Fələstinə, oradan da Avropa ölkələrinə qaçırır, sonra onların bədən üzvlərini öz yəhudi və avropalı müştərilərinə yüksək qiymətə satırlar.

Qərb mediyasının yaydığı xəbərlərə əsasən, insan qaçaqçılığı, xüsisilə də cinsi istismar məqsədilə son vaxtlar Azərbaycan Respublikasında daha geniş miqyasdadır və bu ölkə qonşu ölkələrə insan alveri üçün mərkəz adlandırılır.

2006-cı ildə Bakı mediyasından bəziləri İsrail və ABŞ səfirliklərinin Bakıda insan qaçaqçılığında əli olduqlarını xəbər verdilər. Bu mövzunun açıqlanmasından sonra Bakıdakı İsrail və ABŞ səfirləri dəyişdirildi və ABŞ səfirliyinin iki yerli əməkdaşı terror edildi.

O zaman Bakı mediyası terror edilən şəxslərin Mossad məmurlarının əli ilə aparılan insan qaçaqçılığı mafiyasının sirlərindən xəbərdar olduqlarını bildirdi.

BMT-nın 2006-cı ildəki insan qaçaqçılığı ilə bağlı raportunada İsrail rejimi insan qaçaqçılığına hədəf sırasına salınmışdır».

Hər halda, yuxarıdakı məlumata müəlliflik edən iranlılar yaxşı bilirlər ki, Azərbaycan mətbuatı hər zaman İsrailin və Qərbin maraqlarına zidd olan yetərincə faktlara işıq salıb. Lakin burada fars-molla rejimi tamam fərqli maraqlar güddüyündən milli mətbuatımızı öz çirkin niyyətinə şərik qoşmaq istəyir.

Geri qayıt