Əsas Səhifə > Şou-biznes, Manşet > SERİALA QARŞI KAMPANİYANIN ARXASINDAKI FAKT

SERİALA QARŞI KAMPANİYANIN ARXASINDAKI FAKT


14-12-2012, 11:16
SERİALA QARŞI KAMPANİYANIN ARXASINDAKI FAKT
"MƏHKUMLAR" KİMƏ SƏRF ETMİR?

DİA.AZ: - Bir neçə gündür ki, mətbuatda bəzi saytlar ATV-nin sifarişi ilə Oscar productionun çəkdiyi “Məhkumlar” serialı barədə son dərəcə qərəzli, heç bir qaynağa istinad etməyən, əsassız, sübütsuz, yalan bir sözlə dezinformasiya yayılıb. Bir neçə gün öncə “Məhkumlar”ın aktyorları serialdan imtina edirlər – EKSKLÜZİV başlığı altında xəbər dərc olunub. Buna səbəb isə serialın istənilən reytinqi qazanmaması, serial heyyətinin vaxtı-vaxtında əmək haqqlarının ala bilməməsi və əgər bu hal daha çox davam edərsə yaxın vaxtlarda əməkhaqları ödənməyəcəyi halda aktyorların çəkilişlərdən imtina edəcəyi də bildirilmişdir. Əslində yalan ayaq tutub yeriməz fikrinə əsaslanıb, serialda iştirak edən artistlərlə əlaqə saxladıq, DİA.AZ olaraq onlardan bu məsələ ilə bağlı fikirlərini öyrəndik :

Kəmalə Müzəffər: (Xuraman) “Bilmirəm bu yalanları kim yayıb. Düzü heç bilmək də istəmirəm,heç bunu araşdırmağa vaxtım da yoxdu. Amma belə böhtanlarla ancaq işi olmayan insanlar məşğul olar. Filosoflardan biri deyib: “Faktsız ancaq axmaqlar danışar”. Mən onlara səslənirəm, axmaq olmayın, faydalı bir işlə məşğul olun.Yazıqsız...Şəxsən mən “Məhkumlar”ın bütün heyyətindən çox razıyam. Mənim qonararımı hər zaman vaxtında veriblər.Y.Əhmədov həmişə mənə xüsusi hörmət və ehtiramla yanaşıb. Və mehkumların əməkdaşlarından xahiş edirəm ki, belə şərəfsiz böhtanlara heç vaxtınızı sərf edib, araşdırma aparmasınlar. Biz karvanıq yolumuzdayıq!

Səmimə Səlimova: (Tünzalə) “ Mən sadəcə onu deyə bilərəm ki, yəqin ki, bu rəqabətə tab getirə bilməyən insanların yalnış fikirləridir. Əsası olmayan fikirləri... Mən qonararımı almışam, Yaşar müəllimdən də, işimdən də çox razıyam. Hal hazırda isə 13 bölümün çəkilişlərinə hazırlaşıram. Mənə maraqlıdır ki, 13 bölüm efirə getdikdən sonra həmin şəxslər yalan informasiya verdiklərinə görə utanmayacaqlarmı?!”

Firəngiz Babayeva (Zərintac) “ Mən “Məhkumlar” serialına çəkilməkdən imtina etməmişəm.Niyə də imtina etməliyəm ki? Bu şayələri kim və niyə yayır başa düşə bilmirəm. Çəkilişlərimiz davam edir biz danışdığımız miqdarı da almışıq.12 seriya təhvil verilib, davamı da çəkilir. Şəxsən mən nə Yaşar müəllimdən narazıyam, nə də ki, o çəkiliş qurupundan. Mən həmişə demişəm ki, çox mehriban, yaxşı, səmimi kollektivdir. Yaşar m.də öz işini mükəmməl bilən adamdır. O bilir kimi, niyə, necə çəkir”.

Aydın Əliyev: (Fikrət) “Bu məlumatlar əsassızdır. Başda rejissor Yaşar.Ə.olmaqla bizim kollektiv çox mehriban, səmimi münasibətdədir. Reytinq baxımından da biz öndəyik. Hətta bildirim ki, mən bir neçə serialda çəkilirəm. Amma ən çox mənim Fikrət obrazım bəyənilir və insanların marağına səbəb olur.Bu da ondan irəli gəlir ki, deməli serial tamaşaçı rəğbətini qazana bilib. Bu xəbəri yazan insan üzə çıxıb kimliyini və nədən belə bir yalanı uydurduğunu desə bəlkə biz ona yardımçı ola bilərik”.

Sərvər Şahbəyli: (Bəhram) “Məhkumlar” gördüyünüz kimi davam edir. Əvvəla biz çəkilişlərə 5 yox, 4 ay öncə başlamışıq. İkinci də ki,məvacibimiz aylıq yox müqavilə əsasındadır ki, onu da demek olar hamı alıb. Hamıda olduğu kimi, bizdə də hərdən gecikmələr olub. İndi bizə 15günlük istirahət verilib. Qeyd edim ki, yeni ilə qədər ehtiyyat serialarımız da var. O ki, qaldı seiralın qismən tanınmışlarının bir yerdə rejissor Yaşar Əhmədova nə isə etiraz etmələrinə, bu ağ yalandır! Diqqətinizə çatdırım ki, mənə başqa iki serialdan da, təklif gəlib. Amma bu o demək deyil ki, mən onları qəbul edəcəm.
Geri qayıt