Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN XİN-DƏ NARAHATÇILIQ

AZƏRBAYCAN XİN-DƏ NARAHATÇILIQ


14-12-2012, 11:36
AZƏRBAYCAN XİN-DƏ NARAHATÇILIQ
3 VƏTƏNDAŞIMIZ SURİYADA QALIB

Azərbaycanın Suriyadakı səfirliyinin araşdırmaları nəticəsində bu ölkədə üç Azərbaycan vətəndaşının qaldığı məlum olub. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, bu üç vətəndaşdan ikisi Suriyada ailə qurmuş qadınlardır. Onlar səfirliyin konsulluq xidmətində qeydiyyata düşməyiblər. Üçüncü şəxs isə ixtisasca musiqiçidir və bu gün Suriyanı tərk edəcək.

Xatırladaq ki, Azərbaycanın Suriyadakı səfirliyi təhlükəsizlik səbəbilə müvəqqəti olaraq Beyrutda fəaliyyət göstərir. Elman Abdullayev bildirib ki, hazırda diplomatik missiyanın Suriyaya qayıtmasına dair qərar yoxdur.

Geri qayıt