Əsas Səhifə > Partiya > İSA QƏMBƏRİN GEDİŞ VAXTI BƏLLİ OLUR

İSA QƏMBƏRİN GEDİŞ VAXTI BƏLLİ OLUR


15-11-2011, 13:10
İSA QƏMBƏRİN GEDİŞ VAXTI BƏLLİ OLUR

MÜSAVATIN QURULTAYI GƏLƏN AY TƏYİN OLUNACAQ

“Müsavat Partiyasının qurultayının vaxtı dekabr ayında dəqiq elan oluna bilər. Çünki, buna Partiyanın Məclisi qərar verir və Məclis dekabr ayında toplaşacaq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, hazırda rayon təşkilatlarının konfransları davam edir: “Təşkilatlanmanın ləng getməsinə səbəb hakimiyyətin buna mane olması və bu işlə birbaşa bağlı olan Tural Abbaslı və Arif Hacılının həbsdə olmasıdır”.

Partiya sədrliyinə namizədlərə gəlincə isə o bildirib ki, nizamnaməyə görə namizədliklər yalnız qurultay vaxtı təyin olunandan sonra irəli sürülə bilər.


Geri qayıt