Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY ŞİRƏLİYEVDƏN YENİ PULTOPLAMA KAMPANİYASI

OQTAY ŞİRƏLİYEVDƏN YENİ PULTOPLAMA KAMPANİYASI


17-12-2012, 11:22
OQTAY ŞİRƏLİYEVDƏN YENİ PULTOPLAMA KAMPANİYASI
HƏKİMLƏRDƏN 60 MİN MANAT İSTƏNİLİR

Saatlı rayonunda bu ilin yayında açılışı dövlət başçısı tərəfindən edilmiş Mərkəzi Xəstəxananın fəaliyyət göstərməsi düyünə düşüb. Düyünə düşməsinə səbəb isə Səhiyyə Nazirliyinin baş həkimdən etdiyi tələbdir.
TİA.AZ-a verilən məlumata görə, hal hazırda əsaslı təmir olunmuş Mərkəzi Xəstəxananın köçürülməsinə icazə verilmir. Belə ki, bu işə də Səhiyyə Nazirliyi mane olur. Mənbənin iddiasına görə, nazirlik baş həkim Ələkbər Məmmədovdan 60 min manat pul istəyir. Həmin pulu verəcəyi təqdirdə isə xəstəxananın köçürülməsi və yeni xəstəxanının fəaliyyətini bərpa etməsi mümkünləşəcək.
Məndə qeyd edir ki, hal hazırda Saatlı Mərkəzi Xəstəxanasının baş həkimi Ələkbər Məmmədov da bu pulu düzəldə bilmədiyindən işçilərinə göstəriş verib ki, ona yardımçı olsunlar. Belə ki, rayonda həkimlərdən, tibb sahəsində işləyən bütün işçilərdən 60, 100 və daha artıq məbləğdə pullar yığılır.
Məsələ ilə bağlı yazıda adları keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt