Əsas Səhifə > Güney Press, Araşdırma > RAMİZ MEHDİYEVİN RƏHBƏRLİYİ ALTINDA DƏYİŞİKLİK
RAMİZ MEHDİYEVİN RƏHBƏRLİYİ ALTINDA DƏYİŞİKLİK17-12-2012, 12:01 |
ƏFV KOMİSSİYASININ TƏRKİBİ DƏYİŞİR Dekabrın sonlarında ölkə başçısının növbəti dəfə bur qrup məhkumun əfvi ilə əlaqədar sərəncam və ya fərman imzalayacağı gözlənilir. Bunu Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri də mətbuata açıqlamalarında gözlədiklərini istisna etməyiblər. Komissiya üzvləri onlara əfvlə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu, qarşıdakı günlərdə növbəti iclasın keçiriləcəyini qeyd ediblər. Amma əvf sərəncamının veriləcəyini birmənalı olaraq təsdiqləməyiblər. Hüquq müdafiəçiləri isə Komissiyaya bir qrup məhkumun azalığı üçün siyahı təqdim ediblər. Modern.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibinin yenidən formalaşacağı gözlənilir. Bu barədə saytımıza adı çəkilən qurumdam məlumat daxil olub. Komissiyasının tərkibinin yenidən formalaşdırılmasına səbəb kimi onun üzvlərin sayının azalması göstərilir. Belə ki, ölkə başçısının Prezident yanında Əfv Məsələləri Komissiyası haqqında fərmanına əsasən, bu qurumun tərkibinə dövlət rəsmiləri, Milli Məclis təmsilçiləri və ictimaiyyət nümayəndələrindən ibarət 21 nəfər daxil edilib. Lakin onlardan biri Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid vəfat edib, Ombudsman Elmira Süleymanova isə bir neçə gün öncə Əfv Komissiyasının tərkibindən çıxdığını bəyan edib. Belədə Komissiyanın tərkibində 19 nəfər qalıb. Amma onlardan da bəziləri müxtəlif səbəblərə görə Əfv Komissiyasının iclaslarına qatıla bilmirlər. konkret olaraq Xalq şairi Vaqif Səmədoğlu Modern.az-a açıqlamasında “sağlıq durumumda problemlər var. Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü olsam da,səhhətimlə əlaqədar 2 ildir onun iclaslarında iştirak etmirəm” deyib. Digər məlumata görə, Xalq şairi Zəlimxan Yaqub dasəhhətindəki problemlər üzündən uzun müdətdir Komissiyanın işindən kənarda qalıb. Modern.az Prezident yanında Əfv Məsələləri Komissiyasının hazırki tərkibini təqdim edir: Komissiyanın sədri Ramiz Mehdiyev - Prezident Administrasiyasının rəhbəri Komissiyanın katibi Kəmalə İsmayılova - Prezident Administrasiyasının əfv sektorunun müdiri Komissiyanın üzvləri Ramil Usubov - daxili işlər naziri Eldar Mahmudov - milli təhlükəsizlik naziri Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri Zakir Qaralov - Baş prokuror Ramiz Rzayev - Ali Məhkəmənin sədri Fuad Ələsgərov - Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Hacı Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Zahid Qaralov - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Zəlimxan Yaqub - Xalq şairi, Azərbaycan Aşıqlar Birliyini sədri Elmira Axundova - Milli Məclisin deputatı Əbulfəs Qarayev - mədəniyyət və turizm naziri Vaqif Səmədoğlu - Xalq şairi Səttar Mehbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Azay Quliyev - Milli Məclisin deputatı, Prezident yanında QHT Şurasının sədri Ağamusa Axundov - alim, AMEA Dilçilik İnstitutunun abiq direktoru Məlahət Həsənova - Milli Məclisin deputatı Cəmilə Ramazanova - Bakıdakı 27 nömrəli orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Bəxtiyar Əliyev Milli Məclisin deputatı Geri qayıt |