Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVA KİMİN HƏBSİNİ TƏLƏB EDİR

İLHAMƏ QULİYEVA KİMİN HƏBSİNİ TƏLƏB EDİR


17-12-2012, 12:05
İLHAMƏ QULİYEVA KİMİN HƏBSİNİ TƏLƏB EDİR
SƏNƏTÇİ ZARAFATA SALDI, AMMA...

Milli.Az-ın məlumatına görə, türk dünyasının sənət kraliçası İlhamə Quliyeva ötən həftə baş tutan benefisinə polis formasında təbrikə gələn aktyor Rəhman Rəhmanovla maraqlı zarafat etdi və dediyi sözləri ilə əməllicə medianın diqqət mərkəzinə tuş gəldi:

"Polis, xahiş edirəm mahnılarımı oğurlayanları tutun. Qoyma icazəsiz müəllif hüquqlarım pozulsun", - deyən sənətkar əməkdaşımızla söhbəti zamanı bu fikirlərində həqiqətin olduğunu bir daha təsdiqlədi:

"Bu mənim ilk şifahi xəbərdarlığım idi. Amma, görünür, mən, həqiqətən də, bu işə ciddi yanaşacağam. Bir daha təkrarlayıram ki, 50 illik səhnə fəaliyyətimdə müstəsna rol oynayan mahnılarım şəxsi mülkiyyətimdir və onlara heç kim toxuna bilməz!"

Geri qayıt