Əsas Səhifə > Dünya > FRANSADAN XİSLƏTLƏRİNƏ UYĞUN ADDIM

FRANSADAN XİSLƏTLƏRİNƏ UYĞUN ADDIM


17-12-2012, 12:28
FRANSADAN XİSLƏTLƏRİNƏ UYĞUN ADDIM
HOMOSEKSUALLARA AZADLIQ VERİLİR

Parisdə on minlərlə insan eyni cinslilərin nikahının leqallaşdırılmasına dəstək məqsədilə mitinq keçirib. ANS PRESS-in lenta.ru saytına istinadən verdiyi məlumata görə, təşkilatçılar nümayişə 150 min Paris sakininin toplaşıb. Polis isə onların sayının 60 min nəfər olduğunu bildirir. Marsel, Lion, Nant və digər şəhərlərdən də əhali toplaşıb. Aksiyada hər-hansı ciddi insidentin olduğu haqqında xəbər verilmir.

Fransa hökuməti 2012-ci ilin noyabrın 7-də qanuna dəyişiklik edərək eynicinslilərin nikahının leqallaşdırılması, homoseksual cütlüklərə övladlığa uşaq götürməyə icazə verilməsi ilə bağlı qanunu dəyişmək niyyətindədir. Parlamentdə 2013-cü ilin yanvar ayında bu məsələ ilə bağlı dinləmələr gözlənilir.

Bu qanundan bir neçə gün sonra Fransada eynicinslilərin nikahının əleyhinə nümayişlər keçirilib. Ölkənin 70-dən çox şəhərində keçirilən aksiyalarda on minlərlə insan toplaşıb. Qanuna qarşı daha bir nümayişin yanvarın 13-də keçiriləcəyi gözlənilir.

Homoseksual cütlərin evliliyinin leqallaşdırılması Fransada 2012-ci ilin mayında prezident seçkiləri zamanı Fransua Ollandın seçkiqabağı kompaniyasının əsas punktlarında olub. Hal-hazırda, Fransa eynicinslı cütlüklər vətəndaş nigahında yaşaya bilirlər. Bu nigahı leqallaşdırmaqla Fransa Avropa İttifaqında altincı ölkə olacaq.

Qeyd edək ki, son sosioloji araşdırmalara görə, homoseksualların nigahını Fransanın 60 % əhalisi dəstəkləyir.

Geri qayıt